Faşist Njdenin Davamçıları Koçaryan, Sarkisyan, Ter-Petrosyan...

Yazarlar 17:03 07.01.2025

Bu günlərdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” könüllülər birliyinin toplantısında çıxışının videoyazısı yayılıb. Bəri başdan qeyd edək ki, Levon Ter-Petrosyanın prezident qismində etdiyi çıxış Ermənistanın siyasi dairələrində  kök salmış irqçiliyi, Azərbaycan xalqına qarşı nifrəti, işğalçılıq siyasətini nümayiş etdirir.

Onun həmin çıxışında deyilir: “Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildən bəri həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Dağlıq Qarabağ yad millətlərdən tamamilə təmizləndi. Təkrar edirəm, bu, 600 illik problem idi. Bunun əhəmiyyətini erməni xalqı bundan sonra ən azı 600 il hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda 1988-ci ildə olduğu kimi 180 min yad millətin nümayəndəsi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Biz Zəngəzuru, şimal-şərq rayonlarımızı, Sevanın sahillərini qorumaq iqtidarında olmazdıq. Hətta burada bir neçə muxtariyyət yaranardı. Unutmayın ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi - Vardenis, Masis və Amasya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib”. O, həmçinin Qarabağı da azərbaycanlılardan azad ərazilərə çevirdiklərini  söyləyib. 

Levon Ter-Petrosyan bu sözləri ilə bir daha Ermənistanın tarixən soydaşlarımıza qarşı etnik təmizləmə apardığını, onların faktiki olaraq silah gücünə qovulduğunu bildirib. Təqdim olunan video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini təsdiqləyir. Yeri gəlmişkən, XX əsrin əvvəllərindən etibarən erməni millətçiləri ardıcıl olaraq Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçiriblər. Erməni quldurları Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və digər yerlərdə on minlərlə azərbaycanlını kütləvi şəkildə qətlə yetiriblər. Bu amansız siyasət nəticəsində 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə və 1988-1994-cü illərdə xalqımızın başına olmazın müsibətlər gətirərək ard-arda soyqırımı törədiblər.  Təkcə bir faktı xatırladaq ki, 1992-ci il fevralın 26-da isə erməni cəlladları Xocalı sakinlərini soyqırıma məruz qoyublar. Bu qırğının nəticəsində 613 günahsız insan xüsusi amansızlıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlılar olub.  Faşist ideologiyalı ermənilər xalqımıza qarşı törətdikləri bu qanlı əməllərini müsahibələrində,  yazılarında dünyaya bəyan etməkdən də çəkinməyiblər. 15 dekabr 2000-ci il tarixdə Ermənistan müdafiə naziri işləyən Serj Sarkisyan britaniyalı jurnalist Tomas de Vaala bununla bağlı etiraf  da edib:  "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla sadəcə zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər dinc sakinlərə əl qaldırmağa bacaran insanlar deyil. Bu fikirləri sındırmaq lazım idi. Belə də alındı." Və yaxud əli yüzlərlə azərbaycanlının qanına batan cani Koçaryan 2003-cü ilin yanvarında AŞPA-da etdiyi çıxışında ermənilərlə azərbaycanlıların etnik uyuşmazlığı barədə bəyanat verməklə faşist, irqçi mahiyyətin ortaya qoymuşdu. Koçaryan bu çıxışdan bir il sonra yenə eyni məkanda özünü ifşa etməklə hərbi əməliyyatlarda iştirakı ilə fəxr etdiyini deməklə müharibə canisi olduğunu etiraf etmişdi.

Levon Ter-Petrosyanın məlum videoyazıda təcavüzkar ölkənin məqsədinin Azərbaycan əraziləri hesabına “böyük Ermənistan” yaratmaqdan ibarət olduğu açıq-aydın göstərilib. Digər tərəfdən, bu videoyazı vasitəsilə Petrosyanın  əsl faşist təfəkkürü  sərgilənib. Təkcə onunmu? Eləcə də soydaşlarımıza qarşı soyqırımlar təşkil edən eks-prezidentlər - Robert Koçaryan, Serj Sarkisyanın da… Şübhəsiz, səsləndirilən o fikirlər Beynəlxalq Cinayət Məhkəməsinin Ter-Petrosyan və onun ardıcılları - Koçaryan, Sarkisyan barəsində cinayət işinin qaldırması, layiqli cəzalarını almaları üçün tam əsas verir. Şübhəsiz, Azərbaycan buna da nail olacaq. 

32 il əvvəlki videoyazının indi geniş yayılması heç də təsadüfi deyil. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda ölkənin ilk üç prezidentini Azərbaycanla apardıqları danışıqlarla bağlı debata çağırmışdı. Baş nazirin çağırışına kəskin etirazını bildirən Ter-Petrosyan onu Qarabağı satmaqda ittiham etmişdi. Bu mənada həmin videoyazını birinci prezidentin nüfuzuna zərbə endirməyə hesablanması kimi qəbul etmək olar. Amma görünən odur ki, faşist ideologiyası üzərində qurulan təcavüzkar ölkə deportasiya edilmiş azərbaycanlıların qayıdışına imkan verməməklə bu cinayəti davam etdirir.  Ermənistan unutmasın ki, 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi, həmçinin lokal xarakterli antiterror tədbirləri Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışını təmin edib. Artıq Böyük Qayıdış proqramı çərcivəsndə  on minə yaxın insan  doğma ocağına qayıdıb. Azərbaycan beynəlxalq hüquq çərçivəsində soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə Qərbi Ermənistandan didərgin salınmış insanların da öz dədə-baba yurdlarına qayıdışını təmin edəcək. Son illər Qərbi Azərbaycan İcmasının bu istiaqamətdə apardığı məqsədyönlü fəaliyyəti də bunu bir daha sübut edir. Məsələn, bu icma ötən ilin dekabr ayında "Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda 51 ölkənin 200-dən artıq nümayəndəsinin iştirakı ilə  Bakıda II beynəlxalq konfrans təşkil edib. Dekabrın 9-11-də Qərbi Azərbaycan İcmasının yeddi dildə hazırladığı Qayıdış Konsepsiyası isə Barselona şəhərində keçirilən  UNESCO-nun İrqçiliyə və Ayrı-seçkiliyə qarşı IV Qlobal Forumunda yüksək vəzifəli rəsmilərə təqdim edilib. Qərbi Azərbaycan İcmasının hazırladığı 7 sənəd BMT-nin rəsmi sənədi kimi yayılıb. Qərbi Azərbaycan İcmasının Türkiyə ofisinin açılışı olub və s.

Müəllif: Qvami Məhəbbətoğlu

Mənbə: "İki Sahil"

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı