Xocalı günü itirdiyim atam - Oğuz Ayvaz yazır...

Yazarlar 16:00 26.02.2024

Atamın ölümünü xatırlayıram. Hava boz, tutqun, qandonduran soyuq... Göz yaşları, çığırtılar, sonra çoxluca sükut... Adamlar sel kimi evimizə axırdılar. Bu sel bizi də ağuşuna alıb aparırdı. O gün adamlar bir-birinə bənzəyirdi, çöhrələrdə eyni ifadə vardı - kədər. O gün dünya üçün də sükut dolu gün idi - Xocalı faciəsi...

Aradan 13 il keçdi. Hərdən bu illər mənə 13 saniyə kimi gəlir. Kibrit çöpünün yanıb sönməsi kimi solub gedir illər. Bu müddətdə onun yerini kimsə doldura bilmədi. Onun kimi gülə, maraqla danışan adam tanıya bilmədim. Yoxluğu, boşluğu heç zaman dolmadı. Və bir həqiqətdi dərk elədim ki, həqiqi atanın, ləyaqətlə ömür sürən insanın ürəyi həmişə, sonsuza qədər diri qalır.

Xocalı soyqırımından isə 32 il ötür. Həm atamın, həm də anamın dünyadan köçdükləri tarix ömrümə yazılan ən acılı nəğmə oldu. Anam ad günümdə bizlərə vida elədi, atam Xocalı faciəsində. Ona görə də bu iki tarix yaddaşımda ağır-ağır yellənəcək.

Bu ölümlər mənə travmalar yaşatdı. İtirmək qorxusu, ayrılıq qorxusu kimi hisslər yaratdı. Qəfil zənglər, qapı döyülmələri mənə olmazın əzablar verir. Çox vaxt telefonla danışanda dilim topuq vurur, həyəcan düyünlənir boğazıma.

Atam mənim dünyaya gəlməyimə də çox sevinibmiş. O vaxtları gülə-gülə danışırdı bizə. Əl-qolunu ölçə-ölçə böyük bir məhəbbətlə o günün filmini çəkirdi sanki; Tiflis... Mərkəzi küçələr... Sərxoş bir ata... Qəfil rastlaşdığı dostu... Qaranlıqda işıq kimi közərən taksi... Dostunun muştuluğu... Və sonra şəhərə hayqırmağı: "Kim Eyvazı sevir, minsin maşına”. Sonra kafe. Yıxılan butulkalar. Atamın səndirləyə-səndirləyə xəstəxanaya gəlişi. Uşağı görmək istəyi. Həkimlərin onu içəri buraxmamağı. Atamın mübahisə etməyi, dalaşmağı. Sərxoş cümlələrlə nəyisə izah etməyi. Və sonra diz çöküb ağlamağı. Filmin sonu...

Həyatı iki cür görürdü: yazılı və görüntülü. Yazdıqları həyatın özüydü. Mən atam qədər özünü yazan yazıçı tanımıram. Bəlkə də öz həyatı da deyildi bu. Yeni, ütülü bir həyat qurmuşdu özü üçün, amma o həyatın içində də darıxırdı. Rəsm və kino isə həyatının görüntülü tərəfiydi. Hərdən bizə baxdığı filmlərdən, şəhərə gələn kinoteatrlardan ağızdolusu danışırdı. Onun danışığı da çox ləzzət edirdi adama. Şirin, koloritli, özünəməxsus. Deyəsən, Əkrəm Əylisli onun haqqında belə bir ifadə işlətmişdi: "O oğlanın qoynunda həmişə saz yeri görünür”.

Atamın danışdıqları məndə həmişə daha gözəl bir yerin olacağına əminlik yaradırdı. Onun danışdıqları bu dünyayla bağlı deyildi sanki, xəyalında inşa elədiyi xırda evlər idi, bir də mürgülü itlər. Sakitlik idi onun xəyalındakı şəhərdə - klassik musiqi gəlirdi hərdən, hərdən də bir şeir. Atam öləndə o şəhərə bir də heç vaxt gedə bilməyəcəyimi anladım.

Birotaqlı mənzilimizdən köçüb daha geniş evə kirayəyə çıxmışdıq. Otağımda televizorum da vardı. Yuxum gəlmədiyindən televizora baxırdım. Elə bu an qapı açıldı. Atam ciddi çöhrəsi ilə dilləndi: "Yat, ay Oğuz, yat, gecdi...”. "Yaxşı dədə, bu saat yatıram” deyib yorğanı başıma çəkdim, sonra da yuxuya getdim. Bu onunla son dialoqumuz idi. Cəmi iki cümləlik...

Onun haqqında yazmaq çətindi.

Xocalı haqda da...

Mən yazının bu yerində sükut elan eləyirəm.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı