Fransa Müstəmləkəçiliyinin Növbəti İflası: -Fransız Polineziyası Parisə "yox" deyir

Analitika 17:05 08.04.2025

Kolo­nializm, yaxud müstəmləkəçilik onu həyata keçirən ölkələrin tarixində qara ləkədir. Fransa bu sırada ilk yerdə qərarlaşıb. Ölkə bu gün də hər vəchlə müstəmləkə im­periyasını qorumağa, Fransız Polineziyası, Martinika, Mayot, həmçinin “sui generis” (xüsusi statuslu inzibati-əra­zi qurumu) ərazisi olan Yeni Kaledoniya adasında yerli xalqları əsarətdə saxlamağa çalışır. Lakin səyləri nəticəsiz başa çatır. Getdikcə keçmiş müstəmləkə, dənizaşırı əyalət müstəqillik uğrunda daha çox mübarizəyə qoşulur.

Maohi Nui (Fransız Polineziyası) Federal Respublikası konstitusiya layihəsini təqdim edib. Təşəbbüsü adanın Tavini Huiraatira siyasi partiyası Faa şəhərində təşkil etdiyi konqresdə reallaşdırıb. Müstəqillik tərəfdarlarının, müxaliflərin və partiya liderlərinin toplandığı qurultayda təxminən 500 nəfər iştirak edib. Hazırda parlamentdə təmsil olunan əsas siyasi qüvvə “Tavini Huiraatira” (müstəqillik tərəfdarları) partiyasıdır. Bu partiya ölkə parlamentində 38 yerə sahibdir. “Tapura Huiraatira” partiyası 16, bitərəflər isə 3 deputatla təmsil olunurlar.

Müstəqillik layihəsində nələr əks olunub? Əvvəla, beş arxipelaq federal ərazilərə bölünərək (muxtar), məsələn, öz qanunlarını qəbul edə və öz məhkəmələrinə sahib ola bilər. Tavini partiyasının üzvü Riçard Tuheiavanın sözlərinə görə, buvaxtadək nəticənin əldə olunmamasının əsas səbəblərindən biri indiyədək siyasi müstəvidə heç bir hüquqi arqumentin olmamasıdır.

Tuheiava əlavə edib ki, iş hələ tamamlanmayıb, xüsusən də dayanıqlı iqtisadi modelin yaradılması istiqamətində işlər davam edir.

Polineziya Assambleyasının sədri Antoni Geros bu layihənin əhəmiyyətini vurğulayıb və onun Vanuatu və Fidji kimi Sakit okean ölkələrindən ilhamlandığını bildirərək, Polineziyanın da öz təbii sərvətlərindən tam istifadə etməsini və bölgədəki suveren dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmasını arzuladığını qeyd edib.

 Mahinui Temari kimi bəzi iştirakçılar Fransanın yerli sərvətlərin istismarına mane olduğunu bildirib. O, müstəqil olmaq üçün Fransadan icazə almaq lazım gəlmədiyini vurğulayıb.

Təqdim olunan konstitusiya layihəsi üzərində işlənib təkmilləşdirilə biləcək əsas sənəd kimi qəbul olunur. O, partiya üzvləri və arxipelaq komitələri ilə məsləhətləşmələr zamanı, təbii ki, dəyişdirilə bilər. Layihədə nəzərdə tutulan əsas məqamlar arasında taiti dilinin rəsmi dil kimi tanınması və maohi vətəndaşlığının doğumla, evliliklə və ya vətəndaşlıq qazanmaqla əldə olunması da var.

Polineziya prezidenti Moetai Broterson bu sənədi ABŞ Konstitusiyası və Fransanın Beşinci Respublikasının Konstitusiyasına bənzədərək bir fikrin formalaşması üçün faydalı baza olduğunu vurğulayıb.

Bu qurultay Polineziya müstəqillik hərəkatının siyasi baxımdan strukturlaşmasına doğru ciddi bir addım hesab edilib. Partiyanın konstitusiya layihəsi təqdim etməsi onun yalnız ideoloji mövqedə qalmayıb, real idarəetmə modeli yaratmaq istədiyinə işarədir. Tavini ilk dəfə olaraq konstitusiya layihəsi təqdim etməklə müstəqillik ideyasını hüquqi baza ilə əsaslandırmağa çalışır, çünki hüquqi sənəd olmadan müstəqillik istəyi bu günədək beynəlxalq səviyyədə və xalq arasında ciddi qarşılanmadığı düşünülür.

İqtisadi modelin olmaması layihənin zəif nöqtəsidir. Polineziya bu gün Fransadan iqtisadi cəhətdən asılıdır. Müstəqillik iqtisadi planlanma və resursların səmərəli istifadəsi ilə müşayiət olunmalıdır. Məlumat üçün bildirək ki, müstəmləkəçiliyə məruz qalan və müstəqillik arzusunda olan ölkələrdən biri də Fransız Polineziyasıdır. Fransadan təqribən 17 min kilometr uzaqda - Sakit okeanın cənubundakı 5 arxipelaqdan ibarət ərazi yerli dildə Maohi Nui adlandırılır.

 Polineziya nə vaxtdan Fransanın müstəmləkəsinə çevrilib? 1840-cı illərdə - Fransa-Taiti müharibəsinin başa çatması (1844-1847) əvvəlcə Markiz adalarında, sonradan isə Taitidə Fransanın müstəmləkə quruluşunun tətbiqinin başlanğıcı ilə “əlamətdar” oldu. Polineziyanın yerli əhalisi səsvermə hüququnu yalnız 1946-cı ildə əldə edib və 1957-ci ildə ilk yerli hökumətini qurub. Buna baxmayaraq, 1977-ci ilədək Polineziya məktəblərində yerli dillər tədris olunmayıb.

Polineziya həm də bəzi epidemik xəstəliklərin (çikunqunya böhranı, Denge epidemiyası) yayıldığı ərazi kimi tanınır. Bu azmış kimi, 30 il ərzində - 1966-1996-cı illərdə Fransa tərəfindən burada 200-ə yaxın nüvə sınağı həyata keçirilib. Belə ki, 1966-1974-cü illərdə 46 atmosfer, 1975-1996-cı illərdə isə 147 yeraltı sınaq həyata keçirilib. Bu sınaqlar yerli əhali və ümumiyyətlə, bölgədə ətraf mühit üçün ağır fəsadlarla nəticələnib. Belə ki, məhz nüvə sınaqları yerli əhali arasında xərçəng xəstəliyinin geniş yayılmasına səbəb olub.

Fransızlar əsasən 120 kilotonluq bombalardan istifadə ediblər. Müqayisə üçün qeyd edək ki, Xirosima və Naqasakiyə atılan bombaların hər biri 15-23 kiloton olub. Bundan əlavə, nüvə sınaqları zamanı bir sıra uğursuzluqlar da baş verib ki, bu da ərazidə daha geniş çirklənməyə və ağır fəsadlara gətirib çıxarıb. Ümumilikdə, təqribən 170 min nəfər Fransanın burada həyata keçirdiyi nüvə sınaqlarının qurbanı olub.

 Bu gün yerli əhali hələ də şüalanmaya məruz qalan şəxslər üçün kompensasiya tələb etsə də, Fransa hökuməti bu istiqamətdə hər hansı ciddi addım atmayıb. Yalnız 1998-ci ildə Fransanın Müdafiə Nazirliyi Polineziya əhalisinin nüvə sınaqlarından əziyyət çəkdiyini rəsmən etiraf edib və 2010-cu ildə Paris buna görə təzminat ödəməyə başlayıb. Lakin Fransa dövlətinin müstəmləkəçilik xisləti özünü burada da göstərib. Belə ki, bədxassəli şişlərin müalicəsi üçün təqribən 10 min nəfərə 800 milyon dollar ayrılsa da, bu təzminatdan yararlananların əksəriyyəti əsasən fransızlar olub. Polineziyada yerli əhalinin cəmi 63 nümayəndəsi bu təzminat ala bilib. Bunun nəticəsidir ki, adalarda xərçəng xəstəliyindən ölənlərin sayı kifayət qədər çoxdur.

Görünən odur ki, konstitusiya layihəsi arxipelaqın müstəqillik uğrunda mübarizəsində qətiyyətlidir. Fransanın cavabı necə olacaq? Yeni Kaledoniyadakı kimi, sərt addımlar atacaq, yoxsa güzəştlərə gedəcək? Çox güman ki, Yeni Kaledoniyadakı kimi, deputatları ələ almağa çalışacaq. İstənilən halda Fransanı qarşıda çox çətin günlər gözləyir.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
Hamısı