Tramp və Yeni Dünya Nizamı: Avropanın Təhlükəsizliyi və Gələcək Perspektivlər.

Analitika 14:13 26.03.2025

Tramp dünya nizamını məhv edib - və Avropa liderlərini çətin vəziyyətə salıb.

Bu, İkinci Dünya Müharibəsindən sonra Qərb təhlükəsizliyi üçün ən böyük və davamlı olacaq böhrandır.ABŞ tarixini davamlı araşdıran bir mütəxəssisin dediyi kimi: “Trampçılıq onun prezidentliyindən daha uzunömürlü olacaq”. Bəs əgər ABŞ geri çəkilərsə, hansı ölkələr irəli çıxacaq?

1947-ci ilin fevral ayında səhər saat 09:00-da, Böyük Britaniyanın Vaşinqtondakı səfiri Lord Inverchapel, ABŞ Dövlət Departamentinə diplomatik mesaj təqdim etdi.Bu mesajlar Yunanıstan və Türkiyə ilə bağlı idi.

ABŞ-a külli miqdarda borc verən Britaniya, artıq Yunanıstan hökumət qüvvələrinə kömək etməyə davam edə bilməyəcəyini bildirdi.O Britaniya, Fələstin,Hindistandan çəkilmək və Misirdəki mövcudluğunu sona çatdırmaq planları olduğunu elan etmişdi. ABŞ dərhal başa düşdü ki, Yunanıstan Kommunistlərin əlinə keçə bilər və bununla da Sovet İttifaqına nəzarəti güclənə bilər.ABŞ narahat idi ki, Moskva Şərqi Aralıq dənizinə, Suez kanalına nəzarət edə bilər, bu isə qlobal ticarət yolu üçün həyati əhəmiyyət kəsb edirdi.

Bir gecədə ABŞ, Britaniyanın yerinə keçdi.

 Prezident Harri Truman " azlıq və ya xarici təzyiq tərəfindən subyekt hərəkət etməyə çalışmaq ABŞ-ın xarici siyasəti olmalıdır"fikrini irəli sürdü.

Bu, "Truman Doktrinası" olaraq bilinən siyasətin başlanğıcı idi. Əsas məqsəd isə, xaricdəki demokratiyaların müdafiəsini ABŞ-ın milli maraqları üçün vacib olduğuna inandırmaq idi. Sonrasında iki böyük təşəbbüs həyata keçirildi: Avropanın dağılan iqtisadiyyatlarını yenidən qurmaq üçün böyük yardım paketi olan "Marşal Planı"və 1949-cu ildə Sovet İttifaqının a Şərqi Avropanın əksər hissəsinə nəzarət etdiyi dövrdə demokratik ölkələri müdafiə etmək üçün qurulan NATO.

Bu, Qərb dünyasının liderliyinin Britaniyadan ABŞ-a keçməsi kimi görünə bilər. Daha dəqiq desək, bu, artıq ABŞ-ın liderliyinin göstərildiyi andır.

İkinci Dünya Müharibəsindən sonra ABŞ, ənənəvi olaraq izolasionist  ölkə idi və iki geniş okeanla qorunurdu, lakin müharibə nəticəsində o, azad dünyanın liderinə çevrildi. ABŞ dünya ətrafında gücünü yayarkən, onilliklər ərzində dünyanı öz təsiri altına salmağa başladı. ABŞ Qərb dünyasının mədəni, iqtisadi və hərbi hegemonu oldu.

Lakin ABŞ geosiyasi ambisiyalarını əsaslandırdığı fundamental fikirləri artıq dəyişmək üzrədir.

Donald Tramp, II Dünya Müharibəsindən sonra öz ölkəsinin müəyyən etdiyi siyasətə qarşı çıxan ilk ABŞ Prezidenti olmuşdur. Və bunu elə bir şəkildə etdi ki, bir çoxları hesab etdi ki, artıq köhnə dünya nizamı başa çatıb və yeni dünya nizamı hələ formalaşmayıb.

Sual budur: Hansı ölkələr inkişaf edəcək?Avropanın təhlükəsizliyi, son illərdəki ən böyük təzyiqlə üzləşərkən, hazırda çətin vəziyyətdə olan Avropa liderləri buna uyğun bir cavab tapa biləcək mi?

Prezident Trampın 1945-ci ildən sonra beynəlxalq nizamla bağlı tənqidi,illər boyu davam edib. Təxminən 40 il əvvəl, ABŞ dünyadakı demokratiyaların müdafiəsinə verdiyi dəstəyi tənqid edib və buna görə üç ABŞ qəzetində tam səhifəlik reklamlar verib.

“O qeyd edib ki,"Yaponya və digər ölkələr ABŞ-dan sui-istifadə edir.Niyə bu ölkələr ABŞ-a insan həyatı və milyardlarla dollar ödəməkdən çəkinirlər.

O bu mövqeyini ikinci prezidentliyi dövründə də təkrarlayıb.

Trampın ikinci prezidentliyinin əvvəlində, o, Rusiya Prezidenti Vladimir Putinlə səmimi münasibətlər qurmağa  başlayıb, Ukraynanın NATO üzvü olmayacağını da qeyd deyib.

Bununla yanaşı, bəzi Tramp tərəfdarları Putini güclü lider kimi görürlər.

ABŞ-ın xarici siyasəti, müəyyən dərəcədə,  müharibələrinin təzyiqləri ilə formalaşır. Avropanın təhlükəsizliyi məsələsi isə ABŞ-ın nəyi təmsil etdiyi barədə iki ziddiyyətli və qarşılıqlı düşmən mövqenin mübarizəsilə əlaqəlidir.

Bəzi insanlar isə bu bölünmənin Trampın şəxsi baxışlarından asılı olduğunu düşünürlər və Avropa sadəcə onun dövrünün sona çatmasını gözləyərək rahatçılıq əldə edə bilməz.

"ABŞ Avropa dəyərlərindən ayrılır"RUSİ-də (Royal United Services Institute) aparıcı araşdırmaçı olan Ed Arnold bildirir. “Bu, Avropalılar üçün qəbul edilməsi çətin olan məsələdir,çünki bu, struktur və mədəniyyət olaraq və dəyişən prosesdir.

“ABŞ-ın hazırkı inkişafı Trampın prezidentlik dövründən daha uzun ömürlü olacaq"-deyə Arnold əlavə edib.


Trampın "Ağ Ev"ində, artıq Avropanın təhlükəsizliyin əsas təminatçısı olmayacağı və Avropa ölkələrinin öz müdafiələrinə özlərinin məsuliyyət daşıyıb, bunun üçün pul ödəməli olacaqları bildirilib.

“Əgər NATO ölkələri pul ödəməzlərsə, mən onları müdafiə etməyəcəyəm. Bəli,onları müdafiə etməyəcəyəm,” prezident mart ayının əvvəlində deyib.

Demək olar ki, 80 ildir ki, Avropanın təhlükəsizliyinin əsasını təşkil edən NATO-nun Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində üzv ölkəyə edilən hücumun bütün üzv ölkələrə edilən hücum kimi qiymətləndiriləcəyini bildirilir.

Bundan əvvəl, Baş nazir Sir Kier Starmer, "Ağ Ev"ə etdiyi səfərdən əvvəl "Downing Street"də müsahibə verərkən, ABŞ-ın NATO-un aparıcı üzvü olaraq qaldığından və Trampın 5-ci maddəyə bağlı olduğundan əmin olduğunu bildirdi.

“Əgər Avropa, o cümlədən Birləşmiş Krallıq, müdafiə sahəsində ciddi sərmayə qoymazsa və bunu ciddi qəbul etməzsə, bu,  NATO-nun sonu olacaq"-deyə Kier Starmer əlavə etdi.

Fransız Institut Elabe tərəfindən edilən sorğulara görə Fransızların üçdə ikisinin artıq ABŞ-ın Fransa üçün müttəfiq olmadığı fikrinə inandığı bildirilir.Tarixən ABŞ-a müsbət baxan Böyük Britaniya və Danimarkada da əksər insanlar ABŞ-a artıq qarşı mənfi rəy bildirirlər.

“Trampın NATO-ya vurduğu zərər ehtimal ki, genişmiqyaslıdır,” deyə ABŞ-ın "Brooking İnstitutu"nun yüksək səviyyəli tədqiqatçısı və Trampın uzunmüddətli tənqidçisi  Robert Kaqan bildirib.

Ancaq Tramp, Avropadan gələn müdafiə sərmayələrini artırmağa çalışan ilk ABŞ Prezidenti deyil. 2016-cı ildə Barak Obama, NATO müttəfiqlərini daha çox sərmayə qoymağa çağıraraq qeyd etmişdi ki,"Avropa ölkələri öz müdafiələri ilə bağlı hər zaman rahat olub.”

Mədinə Məmmədova/EDnews

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
"Milyarderlərin sığınacağındak"ı kanalizasiya problemi ştatın qanunvericilik gündəminə çevrildi
06:20 17.06.2025
Çində qızıl mədəni tapıldı
06:15 17.06.2025
G7 İran-İsrail münaqişəsi haqqında birgə bəyanat imzaladı
05:09 17.06.2025
Tramp Milli Təhlükəsizlik Şurasının iclasını çağırır
01:48 17.06.2025
"İran səhərə qədər İsraili vuracaq"
00:51 17.06.2025
Nadir torpaq elementləri ilə zəngin sualtı ada kəşf olundu
00:06 17.06.2025
Hamısı