Metsamor AES-də oğurluq - regional təhlükəsizlik təhdid altında

Analitika 16:45 10.03.2025

Ermənistanda bu günlərdə baş verən oğurluq ən qəribə və qalmaqallı hadisə kimi ölkə tarixinə düşüb. Baş verən hadisə ölkəni şoka salmaqla yanaşı, narahatlıq və qorxu da yaradıb. Belə ki, Ermənistan Daxili İşlər Nazirliyinin Cinayət Polisi Baş İdarəsinin Cinayətlərin Araşdırılması İdarəsinə Metsamor Atom Elektrik Stansiyasının (AES) inzibati ərazisindəki anbarlardan birindən mis, nikel və dəmir boruların oğurlanması barədə əməliyyat məlumatı daxil olub.

Hadisə yerində müəyyən edilib ki, əməliyyat məlumatı doğrudur, oğurluq 18 fevral - 5 mart tarixləri arasında baş verib və AES-ə əhəmiyyətli maddi ziyan dəyib.

Məsələ ilə bağlı Armavir polis şöbəsində sənədlər tərtib edilib və Ermənistan Respublikası İstintaq Komitəsinin Armavir vilayət istintaq idarəsinə göndərilib. Burada hadisə ilə bağlı "Dövlət əmlakının oğurlanması" maddəsi ilə cinayət işi açılıb.

Ermənistanın ən strateji obyektində oğurluq faktının olması ortaya çoxlu suallar çıxarıb. Necə olur ki, "yüksək səviyyədə" qorunan obyektin ərazisindən borular oğurlanır? Axı bu obyekt ən strateji obyektlər sırasında birinci yerdə qərarlaşıb...

Şübhəsiz ki, obyektin mühafizəsinə belə münasibət Ermənistan hakimiyyətində, onun təhlükəsizlik sistemində xaos və başıpozuqluqdan xəbər verir. Bundan əlavə, əgər bu, həqiqətən belədirsə, səlahiyyətli orqanlar niyə susub və media bu barədə hüquq-mühafizə orqanlarına "yaxın olan" başqa bir KİV-dən xəbər tutur. Belə çıxır ki, stansiyada sabah daha təhlükəli oğurluqlar baş verə bilər.

 
Ermənistan hakimiyyəti hər zaman iddia edirdi ki, qəza vəziyyətində olan stansiyada təhlükəsizlik yüksək səviyyədə qorunur. İndi isə bəlli olur ki, bütün bunlar növbəti erməni yalanıdır. Özü də bu oğurluq qalmaqalı Ermənistanda ikinci AES-in inşası barədə xəbərlərin fonunda yaşanır. Belə ki, bu günlərdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan yeni AES-in tikintisi imkanını müzakirə edir və kiçikmodullu reaktorların xüsusiyyətlərini öyrənir.

"Ermənistan artıq yeni atom elektrik stansiyasının yerinin seçilməsi və sonra tikintisi üçün ilkin proseslərə başlayıb. Hazırda biz kiçikmodullu reaktorların xüsusiyyətlərini ətraflı öyrənirik", - deyə o vurğulayıb.

Oğurluq məsələsi isə Mirzoyanın söylədiklərinin üstündən xətt çəkir. Stansiyada baş verənlər, ilk növbədə, beynəlxalq təşkilatları, o cümlədən Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatı narahat etməlidir.

Metsamor AES-in istismarı yerli hökumətlə "Rosatom servis"in - Rusiya şirkətinin əməkdaşlığı sayəsində uzadılır. Müvafiq qərar ötən ilin dekabrında Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclasında qəbul edilib.

 
Ermənistan hökuməti AES-in ikinci enerji blokunun istismar müddətinin 2036-cı ilədək uzadılması proqramının həyata keçirilməsi üçün 65 milyon dollar ayırıb.

Ümumiyyətlə, stansiyanın bütövlükdə region dövlətləri üçün təhlükə olduğu dəfələrlə müxtəlif hesabatlara salınıb, narahatlıq ifadə olunub. Bu günlərdə Türkiyənin Ermənistanla həmsərhəd olan İğdır vilayətinin sakinləri ötən əsrin 60-cı illərinin sonunda tikintisinə başlanılmış Metsamor AES-in fəaliyyətindən narahatlıqlarını ifadə ediblər. Türkiyə ilə sərhəddən 16 km məsafədə yerləşən köhnə AES-i artıq “saatlı bomba” adlandırılır və qeyd edilir ki, aktiv seysmik zonada fəaliyyət göstərən bu stansiya hər an partlamağa hazır obyektdir.

Ermənistanla yanaşı, İğdır da ikinci dərəcəli seysmik risk zonasında yerləşdiyinə görə güclü təkanların hər biri köhnə AES-in fəaliyyətinə birbaşa təsir göstərərək region əhalisi üçün ciddi risk mənbəyinə çevrilə bilər. Bu səbəbdən də onun bağlanması çox vacib hesab edilir.

Bu stansiyanı təkcə Türkiyə üçün deyil, digər region dövlətləri üçün də təhlükə hesab edirlər. Məsələ humanitar və ekoloji təşkilatların, eləcə də Avropa İttifaqının daimi diqqət mərkəzində olmalı olduğu halda, problemə biganəlik nümayiş etdirilir. Sovet dövründən qalan bu atom elektrik stansiyasının texnologiyaları bütün region üçün təhlükədir.

Eyni zamanda, Ermənistanda nüvə reaktorunu soyutmaq üçün kifayət qədər su ehtiyatı yoxdur. AES-də baş verəcək hər hansı qəza Cənubi Qafqazdan çox kənarda yerləşən ərazilərdə onkoloji xəstəliklərin artmasına və doğum səviyyəsinin azalmasına səbəb olacaq.

 
Şərqi Anadolu da daxil olmaqla, seysmik proseslərin güclənməsi fonunda AES-in tezliklə bağlanması üçün İrəvana təzyiq göstərilməsi zəruridir.

Ermənistanda Atom Elektrik Stansiyasının tikintisi barədə qərar 1967-ci ildə qəbul olunub. Onun tikintisinə 1969-cu ildə başlanılıb və 1976-cı ilin dekabrında istismara verilib. Bu da bir faktdır ki, təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorları daim fəlakətlərə səbəb olub. Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri, bir neçə qeyri-hökumət təşkilatları dəfələrlə Nüvə Enerjisi Sammitinə həmin atom stansiyasının fəaliyyətinin dayandırılması ilə bağlı müraciət ünvanlayıb. Üstündən neçə illər ötsə də, Çernobıl AES-də baş verən qəzadan bu gün çoxlu insanlar əziyyət çəkir. Metsamor təhlükəsi də "Domokl qılıncı" kimi regionun başı üzərindədir.

Digər təhlükəli bir məsələ ondan ibarətdir ki, Metsamor AES-in tullantılarının yerləşdirildiyi poliqonlar artıq dolub və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, ölkədə bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur.

Qeyd edək ki, Metsamor atom elektrik stansiyası ən köhnə nüvə texnologiyası ilə inşa edilməklə yanaşı, dünyada ən təhlükəli AES hesab edilir. Müəssisənin istismar müddəti artıq çoxdan başa çatıb. İstismara verilərkən 30 il ərzində istifadə edilməsi nəzərdə tutulsa da, bu müddət artıq 40 ili keçib. Ona görə də onun fəaliyyətinin dayandırılması mütləqdir.

Metsamor AES-in istismar müddətinin başa çatması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə ortaya qoyduğu mövqeyə, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin beynəlxalq təşkilatlarda müzakirələr zamanı səsləndirdikləri fikirlərə baxmayaraq, Ermənistan bu məsələyə ciddi yanaşmayıb və onun həllinə nail olunmayıb.

Odur ki, öz xalqının, eləcə də region dövlətlərində yaşayan xalqların nüvə təhlükəsizliyini nəzərə almayan Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylərlə Metsamor AES-in fəaliyyətini dayandırmağa məcbur edilə bilər. Beynəlxalq birlik isə hələ ki susmaqda davam edir.

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı