Çarlz niyə özünü Ukraynanı qorumaq məcburiyyətində hiss edir ?

Analitika 12:13 04.03.2025

Çarlz hələ şahzədə olduğu dövrdə  taxtın başına keçəndən sonra siyasətə qarışmadan və müdaxilə etmədən hakimiyyətdə qalacağına dair insanlarda yaranan şübhələrə cavab verməli olmuşdu.

İndi Kral Çarlz siyasətçilərə heç vaxt etmədiyi qədər dəstək göstərir, dövlətlər arasında beynəlxalq əlaqələr qurmaqda  mühüm rol oynayır.

Bazar ertəsi Kanadanın Baş naziri və Böyük Britaniya kralı II Çarlz körpü qurmaq və bu məsələdə ortaya çıxacaq olan  problemləri aradan qaldırılması üçün birlikdə hərəkət etmələri ilə bağlı məsələdə bir araya gəliblər.

Keçən həftə isə Kral, Prezident Trampa  ikinci dövlət səfəri üçün dəvət göndərdi. Bu dəvət, Böyük Britaniya Baş naziri Ser Keyr Starmer tərəfindən təqdim olundu və heç bir tərifdən çəkinməyərək, bunu “bənzərsiz” bir dostluq və hörmət əlaməti olaraq təqdim etdi.

 Zelenski Trampla görüşündən  sonra Çarzla da görüşdü. Çarlz isə aydın formada bildirdi ki, Ukraynanın dəstəyə ehtiyacı olacağı təqdirdə,ona dəstək göndərməyə hazırdır.

Bu dəstək, diplomatik balansı qorumaqda vacib amil ola bilərdi, çünki Böyük Britaniya hökuməti Ukraynaya dəstəyi gücləndirmək üçün Qərbin də özünə olan  dəstəyini artırmağa çalışır, amma eyni zamanda Tramp administrasiyasını prosesdən uzaqlaşdırmaq istəmir, əksinə,  onunla əlaqələri daha da gücləndirməyə çalışır.

Kral Çarlz və  Keyr Starmerin birgə fəaliyyətlərini beynəlxalq əlaqələrin yaxşılaşmasında mühüm rol oynadı. Bəlkə də bu  müttəfiqlik gələcəkdə ölkə daxilində böyük dəyişiklərin baş verməsini qaçınılmaz edəcəkdi. 

Kral Çarlzın Prezident Zelenskini Sandrinqemdə  bu qədər yaxşı qarşılaması əslində onun özünü Rusiyaya güclü göstərməsi üçün fürsət idi. Çünki, onlar üç il əvvəl Rusiyanın işğalına məruz qalmışdı,buna görə də Zelenskinin dəstəyi Çarlz üçün çox vacib idi.

Trampın  dövlət səfərləri dövlətlər arasında diplomatik körpü yaradır, çünki Kral həm Tramp, həm də Zelenski ilə dost əlaqələrini saxlamaq istəyir.

Tramp, Kral Çarlza dövlət səfərində  göstərdikləri diqqətə görə dərin təşəkkürlərini bildirib. Ümumiyyətlə belə səfərlər üçün dəvət  monarxlar tərəfindən dövlət başçılarına göndərilir, orda kimlərin iştirak edəcəyinə isə hökumət qərar verir.  

Kralın fərqli irqdən və düşüncədən olan  insanlarla ünsiyyət qurmaq sahəsində böyük təcrübəsi var. O,insanlarla söhbət etməyi sevir, onlara  özləri haqqında suallar verib daha yaxından tanımaq istəyir. O, həmçinin ABŞ-da dövlət başçısı olmuş liderlərin nəinki özlərini,hətta onlardan əvvəlki nəsillərini də tanıyır.

Kral Çarlz üçün Ukraynaya dəstək  həm də emosional bağlılıq baxımından əhəmiyyətli rola malikdir. Məhz buna görə də  açıq şəkildə,  Ukraynaya olan  dəstəyini xüsusi vurğulayır, hətta bəzi dövlətlərin Ukraynaya qarşı " aqressiyasını” qınayaraq onların bu hərəkətlərini tənqid edib.

Təəccüblü deyil ki, hələ işğal başlayan kimi kral Rumıniyaya gəlmiş Ukraynalı miqrantları ziyarət etdi.  Daha sonra Çarlz Fransa və Almaniya ilə də əlaqələri möhkəmləndirdi və onları Ukraynanın yanında möhkəm durmağa, həmçinin demokratik dəyərlərə sahib çıxmağa çağırdı ki, bu da beynəlxalq ictimayyətin diqqətindən qaçmadı.

O, Böyük Britaniyada məskunlaşmış  Ukrayna icmalarıyla  dəfələrlə görüşlər keçirib, keçən ay yaralanan Ukrayna hərbçilərinə tibbi yardım göstərilməsi üçün planlaşdırılan layihəyə təkliflər planı hazırlatdırıb.

Bunu  da qeyd etmək yerinə düşər ki, Kral Çarlz Böyük Britaniyanın dövlət başçısı olmaqla yanaşı, həm də Kanadanın dövlət başçısıdır .Bazar ertəsi o, Kanadanın Baş naziri Castin Trüdo ilə görüşərək ölkənin gələcək inkişafının  necə daha yaxşı təmin edə biləcəkləri mövzusu ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə müzakirə edilən məsələlər açıqlanmasa da,digər müzakirə olunmuş mövzuları təxmin etmək elə də çətin deyil. 

"Hal-hazırda Kanada üçün əsas məsələ,bizim  suverenliyimizi və müstəqilliyimizi qorumalı olduğumuz həqiqətidir. Buna nail olmaq üçün möhkəm dayanmalıyıq," -o bunu Trüdo ilə görüşdən əvvəl bildirib.

Kanada xeyli müddətdir ki, NATO-da müttəfiqi və cənub qonşusu olan ABŞ -də 51-ci ştata çevrilməsi   tələbi ilə üz-üzədir. Bu da təbii olaraq, Kanadanı qəzəbləndirib.

 Millətlər Birliyi Krallığının rəhbəri də olan Kral Çarlz ABŞ prezidentinin işğalçılıq iddialarına qarşı çıxıb. 

Böyük Britaniya Krallığının rəhbəri Kral Çarlz Prezident Trampdan ölkəsini qorumaq, ABŞ’dan isə Böyük Britaniyaya dəstək göndərmələrini təmin etmək üçün istifadə edir.

Çarlz Kanadanın gənc hökümət başçısı Castin  Trudo ilə də  görüşdü. Bu görüşün isə bircə məqsədi var idi: Kanadanı Ukraynaya hərbi yardıma cəlb etmək.

Kim düşünərdi ki, üç ildən sonra o,ölkəsini ABŞ-dən qorumaq üçün hər hansısa dövlətin dəstəyinə ehtiyac duyacaq?

Müəllif: Şon Koflan

Mənbə: BBC

Azərbaycan Dilinə Tərcümə: Mədinə Məmmədova

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
"Qütblər Arasında Körpü: Ukrayna və Yaxın Şərq Münaqişələri Kontekstində Türkiyə Diplomatiyası
13:39 17.06.2025
"İran ordusunun İsrailə endirdiyi raket zərbələri Təl-Əvivi tamamilə iflic edib"
13:20 17.06.2025
Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimlərə başlayıb
13:15 17.06.2025
“Səssiz Qaranlığın İşığı”: MOSSAD-ın Kölgədə Yazdığı Tarix
11:54 17.06.2025
Yaşıl Maskanın Arxasında: Ekoloji Fərqindəlik Propaqandası və Neoliberal Mənafelər
11:50 17.06.2025
İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
11:26 17.06.2025
Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var
11:01 17.06.2025
Türkdilli dövlətlərin kredit büroları qarşılıqlı əməkdaşlığı gücləndirir
10:45 17.06.2025
Hörmüz boğazı yaxınlığında üç gəmi yanır
10:26 17.06.2025
21 müsəlman ölkəsi İsrailin İrana hücumunu pisləyib
10:23 17.06.2025
"Fənərbağça" klubunun prezidenti Bakıya gəlib
10:02 17.06.2025
Özəl Pensiya fondları vətəndaşlara nə verəcək ?
09:46 17.06.2025
Sepahın daha bir generalı həlak oldu
09:30 17.06.2025
Çində fabrikdə partlayış baş verib
09:17 17.06.2025
"Formula 1" pilotu Messiyə dəbilqə hədiyyə edib
08:38 17.06.2025
"Makron həmişə hər şeyi səhv başa düşür"
08:35 17.06.2025
Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 869-a çatıb
07:55 17.06.2025
Kiyevdə Rusiya zərbəsi nəticəsində ən azı 14 nəfər həlak olub
07:54 17.06.2025
Hamısı