ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin 2020-ci ildə edam edildiyi və yerinə klonların gətirildiyi ilə bağlı sui-qəsd nəzəriyyəsini yenidən gündəmə gətirib.
EDnews xəbər verir ki, Tramp bu iddianı Truth Social platformasında etdiyi paylaşım vasitəsilə yayıb. O, yazını birbaşa şərh etməsə də, paylaşdığı postda Baydenin əslində mövcud olmadığını, onun yerinin isə klonlar, kaskadyorlar və "ruhsuz, şüursuz" robotlarla əvəz olunduğunu bildirən ifadələr yer alırdı.
Sözügedən paylaşım ilk olaraq "llijh" adlı az tanınan, az izləyicisi olan bir hesaba aiddir. Paylaşımda konkret olaraq belə yazılıb:
"Co Bayden artıq yoxdur – o, 2020-ci ildə edam edilib. Gördüyünüz şey Bayden klonları, kaskadyorlar və ruhsuz, şüursuz, robot varlıqlardır. Demokratlar fərqi bilmirlər."
Trampın bu paylaşımı niyə etdiyi hələlik bəlli deyil, lakin o, tez-tez rəqiblərini sosial mediada “trollamaq” və qıcıqlandırmaq cəhdləri ilə tanınır.
Xatırladaq ki, ötən ay Co Baydenin səhhəti ilə bağlı açıqlama verilmiş, ona prostat xərçəngi diaqnozu qoyulduğu və xəstəliyin sümüklərə metastaz verdiyi bildirilmişdi.
Fatimə Şükürova // EDnews