Moskva "Taliban"ı tanıdı - Rusiya Əfqanıstana qayıdır

Dünya 07:34 19.04.2025

Rusiya Ali Məhkəməsi Əfqanıstanda hakimiyyətdə olan "Taliban" radikal islamçı hərəkatının fəaliyyətinə qoyulan qadağanı aradan qaldırıb.

Məhkəmə baş prokurorun iddiasını təmin edib. Bu o deməkdir ki, Rusiya artıq "Taliban"ı terror təşkilatı hesab etməyəcək.

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin dekabrında "Taliban"ı ölkəsində qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağa imkan verən qanunu imzalayıb. Sənədə əsasən, təşkilat "terrorçuluğun təbliğatı, əsaslandırılması və dəstəklənməsinə yönəlmiş fəaliyyətini dayandırdığı" təqdirdə Rusiya baş prokurorunun sorğusu əsasında məhkəmə fəaliyyət qadağasını dayandıra bilər. Çünki bundan əvvəl təşkilatın terrorçular siyahısıdan çıxarılmasına dair mexanizm qəbul olunmayıb.

Rusiya "Taliban"ı 2003-cü ildə terror təşkilatları sırasına daxil etmişdi. Qərarda deyilirdi ki, "Taliban" Çeçenistan və Mərkəzi Asiya dövlətlərində qanunsuz silahlı qruplaşmalar yaradır və İŞİD-lə sıx əlaqə saxlayır. O vaxt Rusiya Əfqanıstanda "Taliban"a qarşı əməliyyatlar aparan ABŞ-yə və müttəfiqlərinə müəyyən dəstək də verirdi.

2001-ci ildən 2021-ci ilədək "Taliban" hərəkatı Əfqanıstanın müxtəlif bölgələrində silahlı əməliyyatlar keçirib. Hərəkat ölkənin təhlükəsizliyi üçün təhdid yaradırdı. Ona görə 2015-2016-cı illərdə Çin və Qətərin vasitəçiliyi ilə ABŞ və yerli hakimiyyət nümayəndələri, eləcə də hərəkat təmsilçiləri arasında danışıqlar keçirildi. Ancaq bu danışıqlar nəticəsiz qaldı.

"Taliban" hərəkatı birinci dəfə hakimiyyətə gəldiyi kimi, 2021-ci ilin avqustunda yenidən Əfqanıstana nəzarəti ələ keçirdi. Ona qarşı olan qüvvələr ölkəni tərk etməyə məcbur oldular. Nə birinci, nə də ikinci dönəmdə hərəkat hakimiyyətinin legitimliyi, Pakistan və Qətər istisna olmaqla, dünya dövlətləri tərəfindən tanınmayıb. Bir sıra ölkələr, o cümlədən Rusiya onu terrorçu təşkilatlar siyahısına daxil edib.

ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahısında Pakistandakı "Təhrik-e-Taliban" da daxil olmaqla, 70-dən çox başqa qruplaşmanın adı olsa da, Əfqanıstan "Taliban"ının adı yoxdur. İddia edilir ki, bu hərəkat terrorizm və terror haqqında tərifə uyğun gəlmir. Mütəxəssislər bildirib ki, onlar hökumətə təsir etmək üçün mülki əhaliyə qarşı hücum etmirlər.

Bu hərəkat faktiki olaraq hökumətdir. Ekspertlərin qənaətincə, ABŞ onları terror təşkilatı kimi tanısaydı, onda özü və tərəfdaşları onlarla əlaqə saxlamaqda çətinliklə üzləşərdilər.

Bununla belə, "Taliban" ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altındadır.

Rusiyanın bu hərəkata münasibətinə gəldikdə isə, "Taliban" ikinci dönəmdə hakimiyyətə gəldikdən sonra rəsmi Moskva ötən dəfəki kimi davranmayıb. Belə ki, "Taliban" hökumətinin rəsmiləri Rusiyaya səfər edərək ikitərəfli əməkdaşlıqda maraqlı olduqlarını, habelə Rusiyanın tətbiq etdiyi sanksiyaları götürməsini istəyiblər. Rusiyanın "Taliban"la de-fakto münasibəti var idi. Ona qoyulan qadağanın götürülməsi Rusiyanın Əfqanıstanda fəallığını artıra bilər. Rusiya bununla Əfqanıstandakı güclərin iştirakı baxımından mövcud boşluğu müəyyən mənada doldurar. O, indiki qarışıq vəziyyətdə Yaxın Şərq regionuna yaxınlaşar, İrana və Pakistana əlavə çıxış əldə edə bilər. Çinlə birlikdə Əfqanıstana nəzarəti ələ keçirər.

Əfqanıstan zəngin mineral ehtiyatlara, xüsusilə neft, qaz, kömür, mis, gümüş, qızıl, kobalt, kükürd, qurğuşun, sink, nadir torpaq elementləri, dəmir filizi, duz, qiymətli və yarımqiymətli daşlara malikdir. Əfqanıstanda elektromobillərin istehsalında istifadə olunan litium yataqları da var. Pentaqonun 2010-cu ildə yaydığı hesabatda Əfqanıstanın "litiumun Səudiyyə Ərəbistanı" ola biləcəyi qeyd edilirdi.

Bir neçə il öncə "The Diplomat" jurnalında dərc edilmiş məqalədə Əfqanıstanda faydalı qazıntıların və nadir torpaq elementlərinin dəyəri 1-3 trilyon dollar həcmində qiymətləndirilirdi. Əfqanıstanın zəngin yeraltı sərvətlərə malik olması yenilik deyil. Rusiyanın onu rəsmi olaraq terrorçu təşkilatlar siyahısından çıxarması ilə ölkənin bu üstünlüyünü də xatırlamaq istədik. Çünki Rusiya həmin sərvətlərin hasilatı üçün "Taliban" hökuməti, yaxud rəsmi Kabillə müqavilələr imzalaya bilər.

Moskvanın bu addımı perspektivdə, ABŞ başda olmaqla, Qərblə Əfqanıstan uğrunda yeni mübarizəyə təkan verər. Rusiyanın bu qərarını ölkəyə doğru yeni ilk addım da saymaq olar. Onun ardınca ABŞ-nin də "Taliban"a görə Əfqanıstanın xarici banklardakı hesablarına qoyulan həbsləri və hərəkata tətbiq edilən sanksiyaları aradan qaldırması mümkündür.

Bir ehtimalı da qeyd etmək istərdik. "Taliban"la Rusiya arasında Şimali Koreya, Vyetnam, hətta İranla hərbi sahədə əməkdaşlıq, yardımlaşma haqqında imzalanmış müqavilələrə oxşar sənəd də imzalana bilər. "Newsweek" Cənubi Koreya Müdafiə Analizi İnstitutunun (KIDA) hesabatına istinadən bildirib ki, Rusiya Ukraynadakı müharibədə iştirak edən Şimali Koreya hökumətinə ən azı 20 milyard dollar qazanc gətirib. Məlumata görə, 2023-cü ildə Şimali Koreyanın ÜDM-i təxminən 23 milyard dollar təşkil edib. Yəni Ukraynada müharibə Pxenyana bütün Şimali Koreya iqtisadiyyatının bir il ərzində yaratdığı qədər əlavə gəlir gətirib.

Bu baxımdan, Rusiyanın "Taliban"la analoji müqaviləsi Əfqanıstana da qazandıra bilər. Beləliklə, Əfqanıstanın Mərkəzi Asiyada daha ciddi layihələrdə iştirakı üçün yeni yol, fürsət açılır...

Fatimə Şükürova // EDnews

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı