Çin ordusuna aid 12 hərbi təyyarə və 6 hərbi gəminin Tayvanın sahil sularında olduğu müəyyən edilib.
“EDnews” xəbər verir ki, bu barədə məlumat Tayvanın Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşılıb.
Qeyd olunub ki, qırıcılardan 9-u yarımadanın mərkəz xəttini Cənub-Qərb və Şərq hissələrindən keçərək, hava hücumundan müdafiə sistemlərindən yayınmağa müvəffəq olub.
“Bu barədə siqnal daxil olduqdan sonra müvafiq qabaqlayıcı tədbirlər görülüb” – deyə, məlumatda qeyd olunub.