ABŞ, cəmi bir neçə ay ərzində qanunsuz miqrasiya və narkotik ticarətinin qarşısını almaq üçün 300 milyon dollardan çox vəsait xərcləyib.
“EDnews” xəbər verir ki, Pentaqon mənbələrinə əsasən, bu xərclərin böyük hissəsi miqrantlara qarşı mübarizəyə sərf edilib. İlk ayda miqrantlarla mübarizəyə 250 milyon dollar ayrılıb, mart ayının ortalarına qədər bu məbləğ Daxili Təhlükəsizlik Departamenti və digər qurumların xərcləri daxil edilmədən 328 milyon dollara yüksəlib.
Məlumata görə, Donald Trampın administrasiyasının cənub sərhədində həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar vergi ödəyicilərinə artıq 300 milyon dollardan çox başa gəlib.
Mənbələr qeyd ediblər ki, əgər bu tendensiya davam edərsə, qanunsuz miqrasiya və narkotik ticarəti ilə mübarizəyə sərf olunan vəsaitin birinci ilin sonunda iki milyard dollara yaxın olacağını bildiriblər.
Şəms Qasımlı // EDnews