ABŞ Milli Kəşfiyyat İdarəsinin yeni rəhbəri kimdir?

Dünya 11:16 07.02.2025

ABŞ Senatının Kəşfiyyat Komitəsi Prezident Donald Tramp tərəfindən Milli Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri postuna namizədliyi irəli sürülən Tulsi Qabbardı bir səs çoxluğu ilə təsdiqləyib. Onu doqquz senator dəstəkləyib, səkkizi əleyhinə səs verib. Qabbard namizədliyinin təsdiqlənməsi ilə bağlı dinləmələrdə Ukraynadakı ABŞ bioloji laboratoriyalarına dair "sərt suallarla" üzləşib. O, yalnız Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden üçün əfv istəməkdən imtina etdikdən və komitəyə xaricə səfərləri barədə məlumat verəcəyinə söz verdikdən sonra dəstək ala bilib. İndi Qabbardın namizədliyi ABŞ Senatının tam tərkibi tərəfindən təsdiqlənməlidir.

Bəs, Tulsi Qabbard kimdir? Onun Birləşmiş Ştatlarda fəaliyyəti necə yadda qala bilər? Həmçinin, bu ad Azərbaycan üçün niyə aktualdır?

"EDnyus" xəbər verir ki, Tulsi Qabbard 12 aprel 1981-ci ildə Amerika Samoasında (Sakit okeanın cənubunda yerləşən ada ölkəsi) anadan olub. 1983-cü ildə Qabbardın iki yaşı olanda ailəsi Havay adalarına köçüb. Qabbard Hinduizmdə müqəddəs bitki olan Tulsinin adını daşıyır.

T.Qabbard eyni zamanda 2021-ci ildən ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantıdır. O, 2013-2021-ci illərdə Havay ştatının Nümayəndələr Palatasının təmsilçisi olub. Qabbard 2003-cü ildə İraq müharibəsində iştirak edib. O, 2020-ci ildə Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürüb, lakin uğur qazana bilməyib, 2022-ci ildə isə Demokratlar Partiyasını tərk edib. Tulsi Qabbard 2024-cü ildə Respublikaçılar Partiyasına üzv olub.

Qabbard siyasi baxışlarına görə qeyri-ənənəvi siyasətçi sayılır. O, Trampın dəst-xəttinə uyğun olaraq xarici müdaxilələrə qarşı çıxır, milli müdafiəni dəstəkləyir və müəyyən mühafizəkar mövqeyə malikdir.

Azərbaycana gəlincə, Tulsi Qabbard 2017-ci ildə Qarabağa qanunsuz səfər etdiyi üçün rəsmi Bakının "qara siyahı"sına (arzuolunmaz şəxslər siyahısına) düşüb. Belə ki, Qabbard 2017-ci ilin sentyabrında Ermənistanın təşkil etdiyi bir tədbir çərçivəsində işğal altında olan ərazilərimizə səfər edib. Bu səfər ölkəmizin ərazi bütövlüyünün və qanunlarının pozulması kimi qiymətləndirilib. Bu hadisədən sonra, Azərbaycan Xarici İşlər Nazirliyi Qabbardı "arzuolunmaz şəxs" elan edərək, onun ölkəyə girişini qadağan edib. Lakin Qabbardın ölkəmiz əleyhinə fəaliyyəti bununla kifayətlənməyib. O, İkinci Qarabağ müharibəsində Azərbaycanı dəstəklədiyi üçün Türkiyəni ittiham edib və dövlət katibi Mayk Pompeo ilə birgə "üçüncü ölkələri Qarabağ münaqişəsinə müdaxilə etməməyə çağıran" sənədə imza atıb.

Qabbardın Azərbaycanla yanaşı, Türkiyə "sevgisi" diqqət çəkir. O, 2019-cu ildə qondarma erməni soyqırımının ABŞ tərəfindən tanınması üçün "erməni soyqırımı qətnaməsi"nin əsas dəstəkçisi olub. Yəni Qabbard hər zaman ermənipərəst mövqeyi ilə tanınıb və bunu nümayiş etdirməkdən də çəkinməyib.

Bəs, o vəzifəsindən ABŞ hökumətindən Ermənistana dəstək üçün istifadə edə bilər?

Düzdür, Qabbardın ABŞ hökumətində vəzifədə olması Ermənistan üçün stimul ola bilər, necə ki, biz bunu ermənipərəst Demokratlar partiyasının hakimiyyəti dövrlərində daha çox müşahidə etmişik, lakin unutmaq olmaz ki, Tramp administrasiyası üçün fərdi rəğbət və ya şəxsi münasibətlərdən daha çox ölkənin ümumi siyasi maraqları rol oynayır. Bu səbəbdən Trampın Cənubi Qafqaz siyasəti strategiyası çərçivəsində Ermənistanın Qabbarddan ciddi şəkildə faydalanacağı qəti deyil. Rəsmi Bakı da öz növbəsində bu təyinata etirazını bildirmək hüququndan istifadə edə bilər.

tulsa.webp

tulsi.webp

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı