İsmaili müsəlmanlarının mənəvi lideri Şah Kərim əl-Hüseyni (IV Ağa Xan) 88 yaşında vəfat edib.
"EDnyus" xəbər verir ki, bu barədə İsmaili dini icması məlumat yayıb.
Məlumatda bildirilir ki, o, Portuqaliyada, ailəsinin əhatəsində dünyasını dəyişib.
Qeyd edək ki, icma ardıcılları arasında Mövlana Xəzər İmam dini titulu ilə tanınan IV Ağa Xan 1957-ci ildə Kraliça Elizabet tərəfindən "Əlahəzrət" titulu alıb.
Onun yaratdığı "Ağa Xan İnkişaf Şəbəkəsi" xeyriyyə təşkilatı əsasən səhiyyə, mənzil, təhsil və kənd yerlərinin iqtisadi inkişafı məsələləri ilə məşğul olub, bu məqsədlər üçün on milyonlarla dollar xərcləyib.