Suriya İsraillə sərhədin qorunması üçün Türkiyədən yardım istəyir

Dünya 09:55 03.02.2025

Suriyanın yeni hakimiyyəti İsraillə həmsərhəd olan Qolan təpələri bölgəsinin müdafiəsi üçün cənub ərazilərinin təchizatında Türkiyədən kömək istəyib.

“EDnyus” TASS-a istinadən xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazıb.

Suriya mənbələri bildiriblər ki, keçid hakimiyyətinin rəhbəri Əhməd əş-Şəranın administrasiyası sərhəd təhlükəsizliyi və ordunun yenidən qurulması ilə bağlı Türkiyəyə müraciət edib.

Dəməşqin İsraillə həmsərhəd olan dəhlizə, yəni Qolan təpələri bölgəsinə nəzarət üçün əsasən Türkiyənin pilotsuz uçuş aparatları, əlavə radar sistemləri, radioelektron mübarizə və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Mənbə qeyd edir ki, ilk PUA tədarükü yaxın gələcəkdə həyata keçiriləcək.

Qeyd olunur ki, Ankara və Dəməşq arasında bu sahədə əməkdaşlıq məsələləri Türkiyə Müdafiə Nazirliyinin nümayəndələrinin Suriyaya bu yaxınlarda baş tutmuş səfərləri zamanı ətraflı müzakirə edilib. Texniki detallar, həmçinin Türkiyə silah və sistemlərinin harada və necə istifadə ediləcəyi müzakirə olunub. “Türkiye” qəzetinin yazdığına görə, Suriyanın yeni hakimiyyəti müdafiə sahəsində əməkdaşlıq məsələlərində Türkiyənin xeyrinə seçim edib.

Qəzetin ərəb mənbələri həmçinin bildirir ki, Türkiyə Suriya ordusuna təlim keçəcək və bunun üçün Suriyada Türkiyənin iki hərbi bazasının qurulması planlaşdırılır. Müvafiq saziş hazırlanır və yaxın zamanda imzalanması planlaşdırılır. Mənbələrin bildirdiyinə görə, bu sənəd Suriyanın təhlükə ilə üzləşəcəyi təqdirdə Türkiyənin yardım göstərməsi barədə müddəanı da təsbit edəcək. Bundan əlavə, saziş Suriya Hərbi Hava Qüvvələrinin pilotlarının hazırlanmasını da nəzərdə tutacaq və bunun üçün Suriya HHQ formalaşana qədər Türkiyənin iki bazasında 50 ədəd F-16 qırıcısının yerləşdirilməsi planlaşdırılır.

Açıq mənbələrdən əldə edilən məlumata görə, hazırda Türkiyənin silahlanmasında təxminən 230 ədəd F-16 qırıcısı var.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı