Dünyanın Şimali Koreya bəlası: Çin və Yaponiya savaş hazırlıqlarına başlayır?

Dünya 21:30 25.11.2024

"Şimali Koreyanın bu addımı Koreya yarımadasında da gərgin atmosfer yaradır ki, Pekini də əsas olaraq narahat edən budur".
 Bunu EDnews-a açıqlamasında politoloq Taleh Əliyev Şimali Koreya qoşunlarının Rusiya tətəfindən Ukrayna müharibəsinə cəlb edilməsindən Çinin narahatlıq keçirməsinə münasibət bildirərkən deyib.

"Şimali Koreyanın uzun müddətdir balistik raketləri sınaqdan keçirməsi, həm də Cənubi Koreyaya qarşı zibillə dolu şarları buraxması onu göstərir ki, bu ölkə təkcə Rusiyaya Ukrayna ilə müharibədə silahlı dəstək verməklə beynəlxalq vəziyyəti gərginləşdirmir, həm də öz regionunda Koreya Respublikası və Yaponiya ilə müharibə riskini artırır", deyə Taleh Əliyev əlavə edib.

Ekspert qeyd edir ki, Pekini Şimali Koreyanın gərginlik yaradan addımları fonunda Koreya yarımadasında vəziyyətin ABŞ-ın xeyrinə dəyişməsi riski daha çox narahat edir:

"Bu baxımdan, Pekinin narahatlığı başa düşüləndir. Çünki Şimali Koreya Cənubi Koreya və ya Yaponiya ilə müharibə aparacağı təqdirdə, onlar üzərində qələbə çalmaq üçün hökmən nüvə silahından istifadə etməlidir. Belə olan təqdirdə isə Cənubi Koreya və Yaponiyanın ən yaxın müttəfiqi olan ABŞ birmənalı şəkildə Tokio və Seulun yanında olacaq. Şimali Koreyanın nüvə silahından istifadəsi fonunda ABŞ-ın da ona adekvat cavab verməsi qaçılmaz olacaq. Mövcud durumda  proses Şimali Koreyanın məğlubiyyətilə nəticələnəcək və Koreya yarımadasında qüvvələr nisbəti də ABŞ-ın xeyrinə dəyişəcək. Digər tərəfdən, belə vəziyyətdə nüvə silahının iqlim problemləri yaratması səbəbindən Çinin əhalinin böyük hissəsi də dəhşətli ekoloji fəsadlarla üz-üzə qalmalı olacaq. Yəni sözügedən vəziyyət Çin üçün də təhdidlər yaradır. Bu səbəbdən Pekinin narahatlığı başa düşüləndir. Ona görə də Pekin müharibə riskinin azalması üçün Pxenyana təsir etməlidir".

Qeyd edək ki, Şimali Koreya ordusunun Rusiyanın tərəfində Ukrayna müharibəsinə cəlb edilməsi bir sıra ölkələrlə yanaşı, qonşu Çini də ciddi narahat edir. Ən azından bir sıra Çin rəsmilərinin açıqlaması belə düçünməyə əsas verir. Çünki Şimali Koreyanın müharibəyə qoşulması Cənubi Koreyanı da Pxenyana qarşı daha sərt tədbirlər görməyə vadar edir ki, belə vəziyyət isə Koreya yarımadasında onsuz da gərgin olan durumun daha da kəskinləşməsinə rəvac verə bilər. Həmin səbəbdən də Şimali Koreyanın Ukrayna müharibəsinə cəlb edilməsi Pekinin maraqlarına cavab vermir. 

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı