Filippinləri Trami tropik tufanının səbəb olduğu sel və torpaq sürüşmələri bürüyüb. Ednews Sky news agentliyinə istinadən xəbər verir ki, bu, Cənub-Şərqi Asiya arxipelaqında il ərzində baş vermiş ən dağıdıcı tufandır.
Filippinin Prezidenti Ferdinand Markos bildirib ki, normadan artıq yağan dərəcədə yağışlar xilasetmə tədbirlərinin effektivliyinə maneə törədir. Xilasetmə fəaliyyəti yekunlaşmasa da, artıq 120 nəfərin öldüyü onlarla sakinin itkin düşdüyü müəyyən olub. Qurbanların sayının artacağı istisna edilmir.
Qeyd edək ki, Tufanın marşutu boyu ərazilərdə 4.2 milyondan çox əhali yaşayır.