ABŞ-ın 44-cü prezidentinin həyat yoldaşı Mişel Obama amerikalı seçiciləri Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə daha yüksək tələblər qoyduqlarına görə tənqid edib.
Eks-birinci xanım seçicilərin namizədlərə çətin suallar vermək hüququ var, amma Harrisə qarşı tələbkarlıq daha yüksəkdir.
"Bizim Kamalaya daha yüksək tələblər qoyulur, amma gəlin səriştəsizliyi, korrupsiyanı və onun (Donald Trampın) hakimiyyət illərinin təməl daşı olan xaosu unutmayaq”, deyə Mişel Obama Miçiqanda Demokratların seçkiqabağı mitinqində bildirib.
Nəzərinizə çatdırırıq ki, Barak Obama və Mişel Obama iyuldan bəri Kamala Harrisin namizədliyini aktiv şəkildə dəstəkləyirlər. Kütləvi informasiya vasitələri Co Baydeni prezidentlik yarışından çəkilməyə və xanım Harrisin namizədliyini irəli sürməyə məhz Barak Obamanın inandırdığını yazır.
EDnews