Venesuelada son prezident seçkilərinə etiraz aksiyalarında 1200-dən çox adam saxlanılıb.
Ednews - un məlumatına görə bunu ölkənin hazırki prezidenti Nikolas Maduro Milli Qvardiyanın İnstaqram səhifəsində məlumat verib.
Qeyd edək ki, ölkə müxalifəti Latın Amerikasının müxtəlif liderləri ilə birlikdə Maduronun 28 iyul seçkilərində qələbəsini rədd edib. Milli Seçki Şurasının məlumatına görə, Maduro 51 faiz səs toplayıb. Davam edən nümayişlər ən azı 11 nəfərin ölümü ilə nəticələnib.
Əkbər Novruz