HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin son görüntüləri yayılıb.
Ednews xəbər verir ki, fotolar Haniyənin İran İslam Respublikasının yeni seçilən Prezidenti Məsud Pezeşkianın dünən keçirilən andiçmə mərasimində iştirakı zamanı çəkilib.
Görüntülərdə o, Məsud Pezeşkianın yanında yer alıb və hətta onunla təkbətək görüşüb.
Xatırladaq ki, HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində uzaqdan idarə olunan raket vasitəsi ilə öldürülüb.