Venesuela 7 ölkə ilə diplomatik əlaqələri kəsib.
Ednews xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Hil Pinto bildirib.
Onun sözlərinə görə, Venesuela hökuməti 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 45-ci maddəsi əsasında Argentina, Çili, Kosta Rika, Peru, Panama, Dominikan Respublikası və Uruqvay diplomatlarından dərhal geri çəkilmələrini xahiş edib.
Diplomat bildirib ki, Karakas Venesuela xalqının iradəsini və onun konstitusiyasını tanımayan ölkələrin xarici işlər nazirinin məsuliyyətsiz bəyanatları səbəbindən bu addımı atmağa məcbur olub.
Əkbər Novruz