İfrat sağçı müxalifət ABŞ və müttəfiqlərinin dəstəyi ilə Venesuelada dövlət çevrilişi cəhdi həyata keçirməyə çalışır.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin müdafiə naziri Vladimir Padrino Lopes bildirib.
“Biz imperialist qüvvələr - Şimali Amerika imperializmi və onun müttəfiqləri tərəfindən dəstəklənən sağçı ekstremistlər tərəfindən yenidən dövlət çevrilişinə cəhd olduğunu görürük”, - o deyib.
Xatırladaq ki, daha əvvəl Venesuelanın hazırkı Prezidenti Nikolas Maduronun ölkədə keçirilmiş prezident seçkilərində qalib gəldiyi açıqlanmışdı. “Reuters”in məlumatına görə, ABŞ administrasiyası Venesuela hökumətinin səslərin ətraflı cədvəlini dərc etməsində israr edir, əks təqdirdə onlar səsvermənin nəticələrini qəbul etməkdən imtina edəcəklərini və sanksiyalar tətbiq edəcəklərini bildirirlər.