Dünyada ən çox istifadə edilən ani mesajlaşma proqramlarından biri olan Telegram-ın qurucusu Pavel Durov, Telegram-ın 950 milyon aktiv istifadəçiyə çatdığını və bu il 1 milyardı keçməyi hədəflədiklərini açıqladı.
Ednews bloomberght-ə istinadən xəbər verir ki, şirkət həmçinin bu ay web3 səhifələrini dəstəkləyən proqramlar mağazası və proqramdaxili brauzeri işə salmağı planlaşdırır.
Şirkət uzun müddətdir kriptovalyuta və blokçeyn startaplarını dəstəkləyir. 2022-ci ilin dekabrında şirkət Ton blokçeynində istifadəçi adlarını hərraca çıxarmağa başlamışdı. Şirkət o vaxtdan bəri inkişaf etdiricilərə əməliyyatlar üçün kriptovalyutadan istifadə edən mini proqramlar və oyunlar yaratmağa kömək etməyə diqqət yetirir.
Bu il Toncoin paylayaraq reklam gəlirlərini kanal sahibləri ilə bölüşməyə başladı. Bu ayın əvvəlində Telegram kanal sahiblərinə reklam almaq və ya endirimli qiymətlərlə kriptovalyuta ticarəti etmək üçün ulduzları Toncoin-ə çevirməyə icazə verməyə başlayıb.
Xəyal