Venesuelada prezident seçkilərinə cəmi 10 gün qalmış prezident Nikolas Maduro çərşənbə axşamı sərt bir xəbərdarlıq edib.
Ednews CNN-ə istinadən xəbər verir ki, prezident hökumət tərəfdarları iyulun 28-də keçiriləcək seçkilərdə qalib gələ bilməsələr, “ortalıq qan gölünə çevrilə bilər"- deyə xəbərdarlıq edib.
“21-ci əsrdə Venesuelanın taleyi iyulun 28-də qazanacağımız qələbədən asılıdır. Əgər Venesuelanın faşistlərin əlində qan gölünə, qardaş qırğını, vətəndaş müharibəsinin mərkəzinə çevrilməsini istəmiriksə, gəlin xalqımızın seçki tarixindəki ən böyük uğura, ən böyük qələbəsinə zəmanət verək”, - deyə prezident xalq qarşısında çıxışı zamanı bildirib.
Maduro bəyan edib ki, yalnız bu nəticə ölkədə “sülh”-ü təmin edəcək.
A. Mikayıl