Rusiyada ticarət mərkəzlərində bazardan çəkilən xarici brendlərin boşaldığı mağazaları yerli brendlər doldurmağa davam edir.
Ednews NF Group-un məlumatlarına istinadən xəbər verir ki, Moskvanın ən məşhur ticarət mərkəzlərindəki mağazaların 79 faizində rus brendləri fəaliyyət göstərir.
Beş il əvvəl bu nisbət 50 faiz idi. Moskvanın ticarət mərkəzlərində Rusiya brendlərindən sonra ən çox mağazaya sahib olanlar fransız brendləridir (7 faiz).
Türkiyə və Livan brendlərinin hər biri 3 faiz paya malikdir.
Alış-veriş mərkəzlərindəki mağazaların 2 faizində Almaniya, İtaliya və Çin brendləri fəaliyyət göstərir.
Xəyal