Seneqaldakı Sanqomar neft yatağında ilk barrel neft uğurla hasil edilib. Sahildən 100 kilometr aralıda qurulan üzən platformada gündə 100 min barel xam neft hasil edilməsi hədəflənir.
Ednews Ekonomim-ə istinadən xəbər verir ki, Seneqal da neft hasil edən ölkələrə qoşulub.
Avstraliyanın “Woodside” şirkəti tərəfindən verilən açıqlamaya görə, paytaxt Dakardan 100 kilometr uzaqlıqda yerləşən üzən qurğuda ilk xam neft hasilatı uğurla tamamlanıb. Dərin sularda qurulan üzən qurğuda gündə 100 min barel xam neft hasil edilməsi hədəflənir. Sahildən, təxminən, 100 kilometr aralıda yerləşən obyektin 1,3 milyon barel anbar tutumunun olduğu məlumdur.
Woodside layihənin 82 faiz payına, qalan hissəsi isə Seneqalın Petrosen dövlət neft şirkətinə məxsusdur. Petrosenin 30 il ərzində Sanqomardakı istehsaldan 1 milyard dollardan çox gəlir əldə edəcəyi bildirilir.
Xalidə