"Uzaq mənzilli silahların istifadəsi NATO ilə müharibəyə səbəb ola bilər".
Ednews xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Teleqram" üzərindən bildirib.
Sosial şəbək hesabında dərc olunan mətndə Rusiya nümayəndəsi ölkənin nüvə silahından potensial istifadəsinə dair "Qərb müzakirələri" adlandırılan sənədi tənqid edərək, bu addımların və müzakirələrinn həyatın sərt reallıqları ilə müqayisədə qeyri-ciddi olduğunu bildirib.
O vurğulayıb ki, mövcud geosiyasi vəziyyətin təhlükələri spekulyativ söhbətlərdən çox üstündür.
Əkbər Novruz