Hökumət ölkəni “Eurovision”un rüsvayçılığından qorumaqla düzgün qərar verib.
Ednews xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
Onun sözlərinə görə, Türkiyə 2013-cü ildən bu mahnı müsabiqəsində iştirak etmir.
"Biz ötən həftə keçirilən Eurovision Mahnı Müsabiqəsində deseksuallaşdırma siyasətinin geniş miqyasda şahidi olduq. Aydındır ki, gənclərə təqdim olunan qəribə personajlar sosial degenerasiya üçün Troya atlarıdır", deyə o, qeyd edib.