İki il əvvəl marixuana yetişdirilməsini və satışını qanuniləşdirən Tayland, ilin sonuna qədər marixuanaı yenidən qadağan edəcəyini açıqladı. Keçmişdə sərt narkotik qanunları ilə tanınan Tayland 2022-ci ildə Cənub-Şərqi Asiyada marixuana istehsalını və ticarətini qanuniləşdirən ilk ölkə oldu.
Ednews xəbər verir ki, bununla bağlı baş nazir Srettha Thavisin sosial media platformasındakı paylaşımında bildirib
Son iki ildə Taylandda sirr istehsalı və ticarətində ciddi sıçrayış olub və on minlərlə müəssisə fəaliyyətə başlayıb.
Sənayenin 2025-ci ilə qədər 1,2 milyard dollar dəyərə çatacağı proqnozlaşdırılırdı. Hökumətin bu qərarının iqtisadiyyata mənfi təsir edəcəyi ilə bağlı narahatlıqlar ifadə edilir. 2018-ci ildə ölkədə marixuananın terapevtik məqsədlər üçün istifadəsi, 2022-ci ildə isə onun rekreasiya məqsədləri üçün istifadəsi dekriminallaşdırılıb.
Bununla belə, bir çox insanlar bu qərarların tələsik qəbul edildiyini və qayda-qanunlarla bağlı ciddi çaşqınlığın olduğunu iddia edirdilər. 2023-cü ildə vəzifəyə başlayan Baş nazir Srettha bu yaxınlarda ölkədə narkotiklərlə mübarizədə iştirak edən qurumlarla görüşdə qeyri-qanuni narkotiklərə qarşı sərt mövqe tutacağına söz verdi.
Xəyal Ramiz