Cənubi Koreya qlobal rəqəmsal yayım platforması Netflix-ə qarşı "abunəliyin ləğvi ilə bağlı istifadəçilərinə ədalətsiz rəftar etdiyi" səbəbi ilə istintaq başlatdı.
Ednews Yonhap-a istinadən xəbər verir ki, Cənubi Koreya Ədalətli Ticarət Komissiyası (SKFTC) istifadə şərtləri və abunə ləğvi şərtlərini müəyyən edən digər sənədləri qəbul etmək üçün Netflix-in paytaxt Seuldakı binasına müfəttiş göndərib. Netflix "istifadəçilərinin üzvlüklərini erkən ləğv etmələrini çətinləşdirməkdə və hesab-faktura müddətində üzvlük ləğvi prosesi haqqında istifadəçilərə lazımi məlumat verməməkdə" günahlandırılır.
Cənubi Koreya Rabitə Komissiyasının məlumatlarına görə, Netflix 11 milyondan çox abunəçisi ilə ölkədə aylıq ən çox istifadəçi sayına malik rəqəmsal platformadır, araşdırma çərçivəsində araşdırılan başqa bir rəqəmsal platforma olan Wavve isə 4 milyona yaxın abunəçi ilə 4-cüdür.
Netflix 2022-ci ilin fevralında Cənubi Koreyada “ədalətsiz abunəlik təcrübələri”nə görə cərimələnib.
Xəyal Ramiz