Sankt-Peterburq şəhərində müxalifətçi Aleksey Navalnının xatirəsinə gül qoyduğuna görə bir neçə sutkalıq həbs olunan altı nəfərə həbsdən çıxan kimi hərbi komissarlığa çağırış vərəqəsi verilib.
Ednews "lent.az"a istinadən xəbər verir ki, ümumilikdə Sankt Peterburqda Navalnı memorialına gül qoymağa görə 200-ə yaxın insan mühakimə olunub, onların çoxuna bir sutkadan 14 sutkaya qədər həbs cəzası kəsilib.
Qeyd edək ki, polislərin protokollarda yazdığına görə, saxlananlar "yoldan keçənlərin yolunu kəsiblər".
Əkbər