Böyük Britaniya iqtisadiyyatı keçən il texniki tənəzzülə uğradı və oktyabr-dekabr dövründə gözləniləndən daha çox 0,3 faiz daraldı.
Ednews euronews-a istinadən xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, xidmət, istehsal və tikinti sektorlarında azalma müşahidə olunub.
Xidmət sektoru 0,2 faiz, istehsal 1 faiz, tikinti istehsalı 1,3 faiz azalıb.
İqtisadiyyat ilin son rübündə yüzdə 0,3 daraldı; Bu, iqtisadçıların gözləntilərini üstələyib, çünki daralmanın 0,1 faiz olacağı gözlənilirdi.
Son 12 saat ərzində açıqlanan məlumatlara görə, İngiltərə və Yaponiya tənəzzülə girib. Böyük Britaniya keçən ilin son rübündə gözləntilərin üstündən 0,3 faiz kiçildi. Yaponiya 2023-cü ilin dördüncü rübündə 0,1 faiz daralma ilə tənəzzülə girdi.
Xəyal Ramiz