The Economist: Amerikanın immiqrasiya siyasəti iflasa uğrayır

Dünya 10:00 28.01.2024

ABŞ-də cənub sərhədindən qaynaqlanan yeni bir miqrasiya dalğası onsuz da yüklənmiş sistemi daha da gərir və bu Prezident Cozef Baydenə seçkilərdə baha başa gələ bilər.

 

Ednews “The Economist”in “Amerikanın immiqrasiya siyasəti iflasa uğrayır” sərlövhəli məqaləsini təqdim edir:

 

Deməli, Amerikaya gəlmək istəyirsiniz. Ölkəniz Venesuela Nikolas Maduronun qəddar kleptokratiyasından əziyyət çəkir. Nə etməli? Yaşıl kart (“green card” – red.) almaqda uğurlar: işəgötürənlər sizin kimi aşağıixtisaslı işçiyə sponsorluq edəsi deyil, həm də Amerikada arxalanacağınız yaxın qohumunuz yoxdur. Vatsapınız Amerikanın cənub sərhədini keçən dostların xəbərləri ilə doludur. Onların yolu ilə getmək qərarına gəlirsiniz və cəhənnəm səyahətindən sonra Rio-Qrandeyə çatırsınız. Gözə dəymədən sürüşüb keçə bilərsiniz – keçən il təxminən 600 min qaçaq bunu bacarıb. Yaxud sizi saxlamış sərhədçilərə sığınacaq istədiyinizi söyləyə bilərsiniz. Çox güman ki, onlar sizi bir neçə aydan sonra təyin edilmiş məhkəmə tarixi ilə azad edəcəklər və illərlə çəkə biləcək bir prosesə başlayacaqlar. Amerikaya xoş gəlmisiniz.

 

2023-cü ilin noyabrında 250 minə yaxın miqrant cənub sərhədini keçib. Bu sıçrayış və Amerikanın sərhədlərinin açıq qaldığı duyğusu prezident Cozef Bayden üçün nəhəng siyasi məsuliyyətdir. Amerikalıların yalnız 27 %-i sosioloqlara onun sərhədlə bağlı hərəkətlərini təqdir etdiklərini bildirib. Bu məsələdə Donald Trampa etibar edənlər iki dəfədən çoxdur. Cənub sərhədində artan miqrasiyanın cənab Baydenə noyabrda keçiriləcək seçkilərdə baha başa gələ bilməsi bu problemin həllini çətinləşdirir. Sərhəd təhlükəsizliyi və sığınacaq məhdudiyyətləri müqabilində Ukraynanın maliyyələşdirilməsinə dair razılaşma üzərində mübahisə aylarla uzanıb. Senat liderləri razılaşmaya yaxın olduqlarını bildirsələr də, bəzi respublikaçılar, o cümlədən cənab Tramp sərhəddəki xaosun daha da böyüməsini və seçki kampaniyası zamanı onu Baydenin başına daha yaxşı qaxmaq istəyir.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı