Cənubi Sudan Qoşulmama Hərəkatına üzv olub

Dünya 21:22 22.01.2024

Azərbaycan Xarici İşlər Nazirliyi Qoşulmama Hərəkatının Uqandada keçirilmiş 19-cu Zirvə Görüşünün nəticələrinə dair məlumat yayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Ednews-a bildirilib ki, yanvarın 15-20-də Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşü keçirilib. 

Zirvə Görüşündə Azərbaycan Respublikasını xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Zirvə Görüşündə 120-ə yaxın QH üzv və müşahidəçi dövlətlər, beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri iştirak edib. Tədbirə xüsusi qonaq qismində BMT Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Denis Fransis, Afrika İttifaqı Komissiyasının Baş katibi Musa Faki Məhəmməd, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt, Millətlər Birliyi təşkilatının Baş katibi Patrisiya Skotland və digər rəsmilər qatılaraq çıxışlar ediblər.

Görüşdə, həmçinin mənzil-qərargahı Azərbaycanda yerləşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Uqanda təmsilçisi tərəfindən çıxış səsləndirilib.

Zirvə Görüşünün gündəliyinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin QH-nin sədri qismində fəaliyyət və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub, daha sonra isə xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanın Hərəkata sədrliyinin yekunlarına dair çıxışı dinlənilib.

Tədbirdə iştirak edən QH üzv dövlətləri və beynəlxalq təşkilat təmsilçiləri, o cümlədən BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri və Millətlər Birliyi təşkilatının Baş katibi ölkəmizin Hərəkata 4 illik uğurlu sədrliyini təqdir edərək, Azərbaycan Respublikasının Prezidentinə təşəkkür ifadə ediblər.

Çıxışlarda Hərəkata sədrliyimizin böyük bir hissəsinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycanın bu vəzifənin öhdəsindən nəinki uğurla gəlməsi, hətta irəli sürülən müvafiq təşəbbüslər və platfrormalar ilə Hərəkatı daha da gücləndirməsi və təsisatlanmasına töhfə verməsi qeyd edilib.

Tədbir çərçivəsində QH-nin 19-cu zirvə görüşünün yekun sənədi qəbul edilib. Yekun sənəddə ölkəmiz üçün bir sıra vacib məqamlar əks olunub.

Sənəddə QH üzv ölkələrinin dövlət və hökumət başçıları Azərbaycanın münaqişənin təsirinə məruz qalmış ərazilərdə həyata keçirdiyi bərpa, yenidənqurma və reinteqrasiya fəaliyyətləri xüsusunda həmrəylik ifadə edib, bu ərazilərdə partlamamış sursat və mina problemlərinin maneə yaratdığına diqqət çəkərək, beynəlxalq yardımın göstərilməsinə çağırış edib.

Üzv ölkələr Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülən QH Qadın Platformasın yaradılması təşəbbüsünə dəstək ifadə edib, bu istiqamətdə ilk addım olaraq, 2023-cü ilin noyabr ayında Bakıda keçirilmiş QH-nin qadın hüquqlarının gücləndirilməsi ilə bağlı konfransı təqdir edib.
Sənəddə QH sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının çağırılması, peyvəndlərə əlçatanlığın təmin edilməsinin təşviqinin Hərəkat çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.

Ölkəmizin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının ev sahibliyinə seçilməsi QH üzv ölkələri tərəfindən yekdilliklə alqışlanıb.

Azərbaycan sədrliyi tərəfindən QH-nin institutlaşdırılması istiqamətində görülmüş işlər, xüsusilə QH Gənclər Təşkilatı və Parlament Şəbəkəsinin fəaliyyəti Zİrvə Görüşünün Yekun Sənədi ilə dəstəklənib. İnsan Hüquqları Şurasında Azərbaycan sədrliyinin fəaliyyətinin nəticəsi olaraq, ilk dəfə olaraq inkişaf hüququ üzrə hüquqi məcburedici xarakterli sənədin qəbul ediməsini tələb edən qətnamənin Şurada qəbul edilməsi yüksək qiymətləndirilib.

Zirvə Görüşü zamanı Azərbaycanın Hərəkata sədrliyi dövründə təsisatın genişlənməsi istiqamətində atdığı müvafiq addımlar nəticəsində Afrika qitəsindən yeganə üzv olmayan ölkə - Cənubi Sudan QH üzvlərinin sıralarına qoşulub və üzvlük sayı 121-ə çatıb.

Görüş çərçivəsində QH-nin sədrliyi Azərbaycan tərəfindən Uqandaya təqdim edilib, ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə QH-nin Sədrlik Üçlüyü çərçivəsində təsisatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı