Efiopiya, Somalidən birtərəfli müstəqilliyini elan edən Somaliland sayəsində Qırmızı dənizə çıxış əldə edəcək.
Ednews gazeteoksijen nəşrinə istinadən xəbər verir ki, Efiopiya Baş naziri Abiy Əhmədin ofisindən edilən şərhdə, Efiopiyanın Qırmızı dənizə çıxış xəyalını bu gün Somaliland ilə imzalanan anlaşma memorandumu ilə həyata keçirməsinin yolu olduğu ifadə edildi.
Bəyanatda, razılaşmanın Efiopiya və Somalilendə də təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlığı gücləndirmək imkanı verəcəyi bildirilib.
Anlaşma memorandumuna əsasən, Efiopiyanın Somalinin Berbera limanında, Somalinin isə Efiopiya Hava Yollarında payı olacaq.
Xəyal Ramiz