Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda dördüncü qol vurulub.
EDnews xəbər verir ki, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0.
49-cu dəqiqədə asiyalıların heyətində Həsən əl-Tambakti avtoqol müəllifi olub.
20:19
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda hesab açılıb.
EDnews xəbər verir ki, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.
11-ci dəqiqədə Lamin Yamal dəqiq zərbə müəllifi olub.







