Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıb.
Bu barədə “EDnews” -a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, halqalarla hərəkətlərdə buna nail olub.
N.Simonovdan başqa, yarışa İvan Tixonov, Rəsul Əhmədzadə, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva qatılıblar.
Qeyd edək ki, Dünya Kuboku fevralın 23-də başa çatacaq