Ukrayna Futbol Federasiyasının Konqresi keçirilib.
Ednews qurumun saytına istinadən xəbər verir ki, qurumun yeni prezidenti seçilib. Bu vəzifəyə əfsanəvi ukraynalı keçmiş futbolçu Andrey Şevçenko təyin edilib.
Ukrayna futbol rəsmiləri qurum prezidenti vəzifəsinə vakant olan yeganə namizəd olan Andrey Şevçenkonun təyinatını yekdilliklə dəstəkləyib.
"Milan"ın və "Çelsi"nin keçmiş hücumçusu qurum tarixində 6-cı prezident olub. Təşkilatın əvvəlki rəhbəri Andrey Pavelko assosiasiyadakı korrupsiya qalmaqallarına görə həbsdədir.