Umud Mirzəyev: “Mina təkcə Azərbaycanın problemi deyil, insanlıq suçudur” - VİDEO - FOTOLAR - YENİLƏNİB

Cəmiyyət 16:16 04.04.2024

Aprelin 4-də Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri, Azərbaycanın aparıcı QHT rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) icra etdiyi Azərbaycanın ilk Qadın minaaxtaranları, Qeyri-Texniki Təhqiqat və Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələrinin əməkdaşları, mina qurbanları və onların ailə üzvlərinin iştirakı ilə Tərtərdə tədbir keçirilib.

Ednews xəbər verir ki, BAMF-ın prezidenti və ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev tədbirdə dünyada və Azərbaycanda mina təhlükəsindən, onun yaratdığı fəsadlardan danışıb:

“Ümumiyyətlə, son 50 ildən çoxdur ki, dünyanın 60-dan yuxarı ölkəsində 60 milyondan çox insan mina fəlakətindən əziyyət çəkib. Azərbaycan dünyanın ən çox mina ilə çirklənmiş ölkələrindəndir, hətta ilk 10 ölkə arasındadır. Bəzilərinin araşdırmasına görə hətta Azərbaycan öz ərazisində yerləşən mina sıxlığına görə 3-cü yerdədir. Ona görə də Azərbaycanın Mina Agentliyi yanında İctimai Şuraın üzvləri, bir qrup vətəndaş cəmiyyəti qrumları, minadan əziyyət çəkən vətəndaşlar və eləcə də bir çox QHT-lərin iştirakı ilə müxtəlif silsilə aksiyalar keçirilir. 

Bundan əlavə, biz bu gün böyük qrumlara müraciət elədik və səsləndik ki, Azərbaycanda təşəbbüslə irəli sürülmüş dayanıqlı inkişaf məqsədlərinin 18-ci bəndi ilə bağlı ölkədə addımlar atılıb. Yeri gəlmişkən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də bu bəndin qəbul edilməsini dəstəklədiyini açıqlayıb. Buna görə də, biz ölkəmizdə olan problemlərin dünyaya çatdırılması, insanların maariflənməsi və donorlara çağrışlar edilməsini dəstəkləməliyik”. 
U.Mirzəyev qeyd etdi ki, Azərbaycan minadan ən çox çirklənmiş ölkədir, bu gün bu problemə qarşı dünyada biganəlik var: 

“Biz çağırış etdik ki, bu ölkəyə də bir diqqət ayrılsın. Ermənistanın işğalçı ordusu torpaqlardan çıxarıldı, amma biz yenə də problemlərlə üz-üzə qalmışıq. İki gün öncə Tərtərdə böyük bir partlayış oldu və gənc insanlarımızın sağlamlığına zərər dəydi. Mina təkcə Azərbaycanın problemi deyil, bu bir insanlıq suçudur. Bizim düşmənlərimin öz vəhşi xislətini ortaya qoyub gediblər. Statistika belədir ki, Azərbaycanda bu gün 500-ə yaxın minadan zərər çəkən insan var. Sizə deyim ki, bu hadisələrin şahidi olduq və bu promlemin çözülməsi üçün qüvvələr tez bir zamanda səfərbər olmalıdır. Digər bir tərəfdən bir statistikanı da deyim ki, dünya standartlarına uyğun şəkildə min il vaxt lazımdır ki, mina problem həll olunsun. 

Hökumətin dəstəyi və cəlb etdiyi resurslar, ANAMA-da peşəkar mina axtaranlar fəaliyyət göstərir ki, onlar bu prosesi sürətləndirir. Sizlər də bu ərzilərdə fəaliyyət göstərərək bu proseslərin nə dərəcədə sürətlə həyata keçirildiyinin şahidi olursunuz. Maarifləndirmə layihələrimiz çoxdur. Mən inanıram ki, bizim birliyimiz, bizim həmrəyliyimiz bu problemin tezliklə çözülməsinə kömək edəcək. Burada mən bir daha öz həmkarlarıma, media dostlarıma təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu ərazilərdə çalışaraq mövcud problemin həll olunmasına öz qatqılarını veriblər”. 

Fərid Axund


















Xocalıya qayıdacaq sakinlərə bu sürprizlər hazırlanır: Yeni kadrlar – VİDEO

Xəbər xətti

Ermənistan Azərbaycana inteqrasiya olunacaqsa...
15:30 20.05.2024
Latviya Prezidenti COP29-da İŞTİRAK EDƏCƏK
15:25 20.05.2024
Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına ÜZV SEÇİLİB
15:23 20.05.2024
Zəngilanda velosiped zolaqları yaradılacaq
15:14 20.05.2024
Xankəndiyə prokuror təyin olunan Rəşadət Orucov KİMDİR? – DOSYE
15:06 20.05.2024
Jurnalistika sahəsində HƏYƏCAN SİQNALI – Media nümayəndələri DANIŞIR – SORĞU
15:00 20.05.2024
Xankəndiyə prokuror TƏYİN EDİLDİ
14:54 20.05.2024
Rəisinin helikopteri necə qəzaya uğrayıb? - YENİ DETALLAR
14:50 20.05.2024
DİN-dən kart sahiblərinə XƏBƏRDARLIQ: "Qarşı tərəfə əlavə məlumatlar verməyin"
14:35 20.05.2024
Taksi qiymətləri artacaq? – RƏSMİ AÇIQLAMA
14:30 20.05.2024
Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb
14:27 20.05.2024
Türkiyənin ilk nüvə stansiyası! 2025-ci ildə tamamlanacaq
Türkiyənin ilk nüvə stansiyası! 2025-ci ildə tamamlanacaq
14:24 20.05.2024
İran səfiri helikopter qəzasının səbəbini AÇIQLADI
14:20 20.05.2024
Sədrəddin Soltan: “İran prezideninin ölümündə səbəbkarlar hakimiyyət nümayəndələridir”
Sədrəddin Soltan: “İran prezideninin ölümündə səbəbkarlar hakimiyyət nümayəndələridir”
14:00 20.05.2024
Bu ölkədə Rəisiyə görə matəm elan edildi
13:50 20.05.2024
Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı verib
13:41 20.05.2024
İşğaldan azad olunmuş ərazilərdə daha 35 mina AŞKARLANDI
13:38 20.05.2024
SON DƏQİQƏ! Məşhur aktyor vəfat etdi
13:31 20.05.2024
İbrahim Rəisinin dəfn mərasimi bu tarixdə keçiriləcək
13:23 20.05.2024
Sahibə Qafarova iranlı həmkarına başsağlığı verdi
Sahibə Qafarova iranlı həmkarına başsağlığı verdi
13:15 20.05.2024
Zakir Həsənov iranlı generala başsağlığı verdi
12:55 20.05.2024
İranın xarici işlər nazirini bu şəxs əvəz edəcək
12:50 20.05.2024
Xocalıya qayıdacaq sakinlərə bu sürprizlər hazırlanır: Yeni kadrlar – VİDEO
12:45 20.05.2024
Bakıda bəzi parklanma sahələri ləğv edilir - RƏSMİ
12:38 20.05.2024
İran prezidenti İbrahim Rəisi kimdir? - DOSYE
12:28 20.05.2024
İbrahim Rəisinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək
12:23 20.05.2024
Putin də İrana başsağlığı verdi
12:02 20.05.2024
Ərdoğan İrana başsağlığı verdi
11:53 20.05.2024
İran liderinin qəfil ölümü Tehran siyasətində hansı dəyişikliklərə səbəb olacaq? - Güneyli politoloq AÇIQLAYIR
11:50 20.05.2024
Fransa prezidenti Yeni Kaledoniyadakı etirazlarla bağlı İCLAS KEÇİRƏCƏK
Fransa prezidenti Yeni Kaledoniyadakı etirazlarla bağlı İCLAS KEÇİRƏCƏK
11:42 20.05.2024
DİQQƏT! Cavanşir körpüsünün sökülməsi ilə bağlı yol BAĞLANACAQ
11:35 20.05.2024
Kral Çarlzın ilk portretinin niyə qırmızı olduğu məlum olub
Kral Çarlzın ilk portretinin niyə qırmızı olduğu məlum olub
11:30 20.05.2024
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik etdi
11:26 20.05.2024
Məhəmməd Məhərrəmli yüksək vəzifəyə TƏYİN OLUNDU
11:25 20.05.2024
İranı bundan sonra nə gözləyir? - GİZLİ MƏQAMLAR
11:20 20.05.2024
Cef Bezosun şirkəti nəhayət uğurlu oldu
Cef Bezosun şirkəti nəhayət uğurlu oldu
11:15 20.05.2024
İranda milli matəm elan olundu
11:12 20.05.2024
Böyük Britaniya Cəbəllütariqi itirə bilər?
Böyük Britaniya Cəbəllütariqi itirə bilər?
11:05 20.05.2024
İranın Azərbaycandakı səfirliyində bayraq endirildi
10:58 20.05.2024
Prezident və İran XİN rəhbəri Rusiyada əsl dost kimi tanınıb - Lavrov
10:54 20.05.2024
Hamısı