Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə daha 9 qatar reysi təyin edilib.
Ednews xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Məlumata görə, 22, 23, 24, 25, 26 mart tarixlərində səhər və axşam reysləri üzrə qatarlar Ağstafaya, eyni zamanda geriyə hərəkətdə olacaq.