"Azərbaycan Ukraynaya enerji böhranı zamanı çox dəstək göstərdi"

Region 17:33 26.04.2025

 Azərbaycan Ukraynaya enerji böhranı zamanı çox dəstək göstərdi.

Bunu EDnews un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın paytaxtı Kiyev şəhərinin hərbi administrasiyasının rəhbəri, azərbaycanəsilli Timur Tkaçenko bildirib.

O, azərbaycanlı Firudin Məmmədov və ukraynalı Lyudmila Tkaçenkonun ailəsində Kiyevdə anadan olduğunu deyərək son üç ildə, məhz tammiqyaslı müharibə müddətində şəhərin idarəetmə sistemində və müxtəlif nazirliklərdə çalışdığını söyləyib:

"Yaxın vaxtlaradək davamlı olaraq Ukrayna nəqliyyat infrastrukturu nazirinin müavini və strateji sənaye sahələri nazirinin müavini vəzifələrini icra etmişəm. Azərbaycanın Ukraynanın müstəqilliyini və suverenliyini dəstəkləməsi çox vacibdir. Azərbaycan Ukraynaya humanitar dəstək sahəsində fəallığı ilə seçilib. Rəsmi Bakı məhz Kiyevdə enerji böhranı zamanı çox dəstək göstərdi. Bunu çox yüksək qiymətləndirirəm".

T.Tkaçenko Azərbaycanda bir neçə dəfə olduğunu, çox xoşuna gəldiyini vurğulayıb:

"Atam həmişə azərbaycanlı olması ilə fəxr edirdi, daima Ukraynada Azərbaycandan olan yerlilərinə dəstək verirdi. Burada azərbaycanlı icmaları çox fəaldırlar. Uşaqlıqdan xatırlayıram ki, azərbaycanlılar həmişə bir yerdə olmağa, bir-birinə kömək etməyə çalışırdılar, həmişə çətin vəziyyətlərdə bir-birlərini dəstəkləyirdilər. Bu gün azərbaycanlıları birləşdirməklə fəal şəkildə məşğul olan bir neçə ictimai təşkilat var. Bu, Ukraynada azərbaycanlıların ictimai hərəkatının böyüdüyünə bir nümunədir".

Şəhər hərbi administrasiyasının rəhbəri Kiyevdəki fəaliyyətinə də toxunaraq istehkamlar qurulduğunu, bütün mümkün vəziyyətlərə hazırlıq aparıldığını qeyd edib:

“Kiyev şəhərinin Müdafiə Şurası adlı yaxşı bir mexanizmimiz var. Mən də şəhər meri ilə birlikdə bu qurumun rəhbəriyəm. Biz çətin anlarda toplaşıb qərarlar qəbul edirik. Üç ildir nəqliyyat həyəcan siqnalı zamanı hərəkət etmirdi. Kiyevlilər isə evə, hər hansı bir nöqtəyə, sığınacağa çatmaq imkanının olmasını istəyirdi. Biz bu məsələni yoluna qoyduq. İndi metro ilə bağlı problemi araşdırırıq. Çünki açıq sahələrdə hərəkət etdiyindən relsə hər hansı bir qəlpə düşərsə və ya zədələnərsə, bütün hərəkətin dayandırılacağı ilə bağlı narahatlıq var. Çünki texniki cəhətdən metronun hərəkətini təşkil etmək çətin olacaq. Eyni zamanda komendant saatı zamanı təhlükəsizlik, buraxılışlar və s. ilə bağlı bir sıra tapşırıqlar var. Yəni Kiyev şəhərinin həyat fəaliyyəti, o cümlədən rabitənin təmin edilməsi, humanitar məsələlərlə bağlı tapşırıqlar və s. mənim öhdəmdədir. Bundan başqa, Kiyevə raket və dronlarla hücum olacağı təqdirdə Fövqəladə Hallar Xidməti ilə birlikdə nəticələri aradan qaldırmaqdır".
Fatimə Şükürova // EDnews

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
Hamısı