Türkiyənin Çanaqqala vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 41 nəfər saxlanılıb.
“EDnews” xəbər verir ki , miqrantlar Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Egey dənizində, Çanaqqalanın Ayvacık rayonunun ərazi sularında aşkarlanıblar. Rezin qayıq vasitəsilə dənizi keçməyə cəhd göstərən bu şəxslərdən 20-si azyaşlıdır.
Əfqanıstan və İran vətəndaşları olduqları müəyyən edilən şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.
Fatimə Mərdanlı//EDnews