Litva Gürcüstan Prezidenti Salome Zurabişviliyə siyasi sığınacaq verməyə hazır olduğunu bəyan edib.
EDnews xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nausedanın baş müşaviri Asta Skaysqirit açıqlama verib.
“Belə bir ehtiyac olarsa, Litva təbii ki, sığınacaq verə bilər, lakin hazırda Prezident Zurabişvili öz xalqı ilə Tbilisidə qalacağını çox açıq şəkildə bəyan edib”, - baş müşavir bildirib.
Qeyd edək ki, Prezident Salome Zurabişvilinin səlahiyyət müddəti bu ay başa çatıb.