İrandan Azərbaycana qarşı provokativ iddia

Siyasət 15:04 18.11.2024

ran prezidenti COP29-da şəxsən iştirak etməli idi, lakin sionist rejimin rəsmisinin iştirakı səbəbindən sammitə gəlmədi.

EDnews “Nyus.am”a istinadən xəbər verir ki, bu iddianı İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki səsləndirib.

 
O qeyd edib ki, Azərbaycan Tehran Konvensiyası əsasında Xəzər dənizinin mühafizəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib:

“Ən mühüm maneə İsraili enerji ilə təmin etmək məqsədilə Azərbaycanda ingilis-sionist şirkətlərin olmasıdır ki, bu da mehriban qonşuluq siyasəti və Tehran Konvensiyasının ruhuna ziddir.

Biz gözləyirik ki, Xarici İşlər Nazirliyi, Ətraf Mühit Agentliyi və Energetika Nazirliyi Azərbaycanın qanun pozuntuları ilə bağlı parlamentə geniş hesabat təqdim edəcək. Biz buna daha ciddi nəzarət edəcəyik”.

Zəruri olaraq qeyd edək ki, Pezeşkianın COP29-un Liderlər Sammitində iştirak etməməsinin səbəbi kimi İsrail rəsmilərinin bu tədbirə qatılmasının göstərilməsi haqda iddialar tamamilə yalan və riyakarlıqdır. Çünki İsrail Prezidentinin Ofisi İshaq Hersoqun Azərbaycana “COP29 tədbirlərinin ikinci həftəsində gedəcəyi” haqda rəsmi açıqlama yaymışdı (Türkiyə hava məkanını açmadığı üçün bu səfər də ləğv edildi). Yəni İsrail nümayəndələrinin Liderlər Sammitində iştirak etməyəcəyi əvvəlcədən bəlli idi. İran Prezidenti Pezeşkianın isə Liderlər Sammitində iştirak edəcəyi rəsmən təsdiqlənmişdi. Ancaq Pezeşkian heç bir rəsmi açıqlama vermədən səfərini ləğv etdi.


Digər tərəfdən, İran ekologiyaya ziyan vurmaq baxımından Azərbaycanı ittiham edə biləcək ən son ölkədir. İslam Respublikası bu vaxta qədər COP konfranslarında heç vaxt yüksək səviyyədə iştirak etməyib, üzərinə heç bir öhdəlik götürməyib, iqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə bu vaxta qədər bir qəpik də vəsait xərcləməyib.

Azərbaycan Xəzərdən nefti ən son texnologiya ilə çıxarırsa, İran köhnəlmiş avadanlıqlardan istifadə edir, çünki sanksiya səbəbindən yeni texnologiyalara İranın çıxışı yoxdur. İran hansı üzlə Azərbaycanın Xəzərdən çıxartdığı neftə görə dənizi çirkləndirdiyini iddia edə bilər?

O ki qaldı “İsraili enerji ilə təmin etmək məqsədilə” Xəzərdən neft çıxarılmasına, bu da Azərbaycana qarşı İranın həyasız böhtanıdır. Azərbaycan neft ixrac edən ölkədir və pulunu ödəyənə neftini satır. İran isə onillərdir Azərbaycanın düşməninə neft, qaz, silah satmır, bir çox halda pulsuz, yardım kimi göndərir. Azərbaycanın öz neftini dünya bazarına çıxarması “qonşuluq prinsipinə” ziddmiş, ancaq İranın qonşuluqdakı xristian düşmənə Azərbaycana qarşı bütün vasitələrlə pulsuz silah, sursat, raket, neft bağışlaması “şiə qardaşlığı” imiş?/axar.az

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı