İtaliya XİN başçısının müavini Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini pisləyib

Siyasət 09:58 25.10.2024

İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul şəxs, habelə İtaliyanın hakim "İtaliya Qardaşları" partiyasının milli direktorluğunun əlaqələndiricisi Edmondo Çirielli Avropa Parlamentində 24 oktyabr tarixində Azərbaycana qarşı qəbul olunmuş qətnaməni sərt şəkildə tənqid edib.

O, deyib ki, partiyasının haqlı olaraq bitərəf qaldığı Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsini təəccüblə qarşılayıb.

 “Parlament suverendir, lakin bu o demək deyil ki, hökumət nümayəndələri öz fikirlərini ifadə edə bilməzlər, biz demokratik ölkələrik”, deyə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli bildirib.

“Əvvəla, qətnamə hüquqi və tarixi saxtakarlıqla doludur. Məhz Ermənistan qeyri-qanuni olaraq otuz il ərzində Qırmızı Ordunun dəstəyi ilə nəinki Dağlıq Qarabağı, həm də ondan iki dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqları ərazini işğal etmişdir. BMT-nin müstəqil hesabatlarından da göründüyü kimi, ermənilərin regionu tərk etmələrinə görə məsuliyyət daşıyan Azərbaycan deyil, bu, regionun erməni separatçı rəhbərliyinə havadarlıq edən rusiyapərəstlərin ritorikasıdır. Halbuki beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan həmin bölgədə yaşayan erməniləri qorumaq bəhanəsi ilə Ermənistanın başlatdığı müharibə nəticəsində 750 mindən çox azərbaycanlı öz torpaqlarından didərgin düşməyə məcbur olub. Rusiyanın Ukraynada etdiyi kimi. Azərbaycanlılar hələ də öz torpaqlarına qayıda bilmirlər, çünki onların şəhərləri yerlə-yeksan edilib və hər yer hələ də minalanmış vəziyyətdədir”, deyə “İtaliya Qardaşları” partiyasının nüfuzlu üzvü olan nazir müavini E.Çirielli vurğulayıb.

O, əlavə edib: “Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur. Üstəlik, onilliklər ərzində ermənilər qanunsuz şəkildə işğal etdikləri Azərbaycanın dörd kəndini də geri qaytardılar. Mübahisəli ərazilər yoxdur, çünki Ermənistanın özü də bunu bəyan edib: yalnız azərbaycanlıların qaldırdığı məsələ var ki, o da Ermənistan konstitusiyasında olan revanşizm kimi başa düşülən müddəalardır. Avropa Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsiz ki, sülh müqaviləsinin imzalanmasına kömək etmir. Bu qətnamə həqiqətən də Ermənistan hökumətini Rusiya Federasiyasının dəstəklədiyi müxalifətin hazırkı hökuməti ermənilərin hüquqlarını satmaqda günahlandırdığı daxili çəkişmələrə məruz qoyur".

“Qətnamədə İtaliyaya gələn və illərdir avropalı tərəfdaşlarımızın Rusiya qazından asılı olmamaq üçün bizi ikiqat artırmağa sövq etdiyi TAP-a əsaslanan Azərbaycan qazından enerji asılılığına hücum da təəccüblüdür. Hətta Rusiya qazının Azərbaycandan alınması ittihamı da beynəlxalq səviyyədə əsaslandırmalardan kənardır və müvafiq təşkilatlarda bunu heç kim mübahisələndirmir. Son iki il müharibə ərzində Avropa ilə Rusiya Federasiyası arasında münasibətləri əngəlləyən sanksiyaların nəticəsində Rusiya ilə Ermənistan arasında ixrac və ticarət əlaqələrinin dörd dəfə artmasına dair sükut hökm sürür. Bu da bir həqiqətdir ki, Avropa İttifaqı iki ölkəni bir-birinə yaxınlaşdıran və hələ də meydanda olan münaqişələri qızışdırmayan neytral və bərabər mövqe ilə Qafqazın sabitləşdirilməsində maraqlı olmalı idi. Bunu ABŞ-dan olan tərəfdaşlarımız çox yaxşı edirlər, həmçinin xarici işlər nazirimiz Tayani də müvafiq tərəflərlə bir neçə dəfə görüşmüşdür və bu, ABŞ tərəfdən də böyük təqdirlə qarşılanmışdır”, - deyə İtaliya Nazirlər Şurasının Qafqaz bölgəsinə məsul nümayəndəsi Çirielli vurğulayıb.

"Azərbaycan geosiyasi nöqteyi-nəzərdən təkcə İtaliya və Aİ-nin enerji və iqtisadi baxımdan deyil, həm də siyasi müstəvidə strateji tərəfdaşıdır, çünki Qafqazda rus qoşunlarının yerləşməsinin qarşısını almaqda maraqlıdır. Halbuki rus qoşunları Ermənistanda yerləşir və Gürcüstanın iki regionunu, Abxaziya və Osetiyanı qeyri-qanuni işğal edib. Gürcüstanın özü xristian olmasına baxmayaraq, Azərbaycanın strateji və logistik tərəfdaşıdır. Bu, həm də həmin bölgədə baş verənlərin dini müharibə olmamasını göstərir. Mən bütün dediklərimdə əminəm, çünki nazir Tayaninin təklifi ilə xarici işlər naziri qismində Qafqaz bölgəsi mənim vəzifə səlahiyyətlərimə aid ediləndən sonra, dəfələrlə bütün bölgə ölkələrinə səfər etmişəm və bölgənin hər üç ölkəsindən İtaliyada çoxsaylı nümayəndə heyətlərini qəbul etmişəm”, - deyə Çirielli fikirlərini tamamlayır.

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı