Belarus Müdafiə naziri Viktor Krhenin Ukrayna ordusunun Belarus ərazisinə müdaxilə edə biləcəyini bildirib.
Ednews Reuters-ə istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna sərhədində münaqişənin yenidən alovlanması Belarusda müvafiq qabaqlayıcı təsbirlərin görülməsinə təsir edib. Qeyd edək ki, ölkə cənub sərhədləri boyunca yeni hərbi silah sursat və canlı qüvvə cəlb edib.
Xəbərdə qeyd olunur ki, Belarus prezidenti Lukoşenko da Rusiya prezidenti Putinin müharibəyə münasibəti haqqında narahat olduğunu bildirib. O, qeyd edib ki, müharibə nartıq bitməlidir və bu müharibə nə Belarus, nə Rusiya nə də Ukraynaya lazımdır.