Zəngəzur dəhlizinin sülh sazişindən çıxarılmasının PƏRDƏARXASI - SƏBƏB və HƏDƏFLƏR NƏDİR?

Siyasət 16:00 13.08.2024

Zəngəzur dəhlizi ilə bağlı maddənin sülh sazişi layihəsindən çıxarılması bölgədə yeni proseslərə yol açıb. Vətən Müharibəsindən sonrakı müddət ərzində bu məsələ həm iki ölkə arasında, həm də regionda marağı olan dövlətlər üçün mühüm əhəmiyyətə malik olub. Moskva dəhlizə Rusiyanın nəzarət etməsini tələb etsə də, Ermənistan bunun əleyhinədir və nəqliyyat xətlərinin təhlükəsizliyini özü təmin etmək istəyir. İran da məsələyə həmişə öz maraqları baxımından yanaşıb. Ayətullah Xameneyi də son bəyanatında demişdi ki, Zəngəzur marşrutu Ermənistanın ziyanına hesab edilir və bunun əleyhinədirlər. 

Zəngəzur dəhlizinin sülh gündəliyindən çıxarılması danışıqlar prosesinə həqiqətən müsbət təsir edə bilərmi? Regional və qlobal maraqlar baxımından bu qərarın hansı nəticələri ola bilər?

Mövzu ilə bağlı Ednews – a danışan politoloq Asif Nərimanlı bildirdi ki, bu Zəngəzur dəhlizinin sülh sazişindən çıxarılması məsələsi deyil, əksinə mövcud vəziyyətə uyğun sonrakı dövrə saxlanılmasıdır:

1628337715_792.jpg

“O demək deyil ki, Zəngəzur  dəhlizi layihəsi sıradan çıxacaq. Sadəcə bu prosesdə Azərbaycan və Ermənistanın məsələdə anlaşmasının müəyyən səbəbləri var. Bunu həm taktiki, həm də strateji bir gediş kimi qiymətləndirmək olar. İlk olaraq taktiki gedişdən danışaq. Azərbaycan – Ermənistan arasında müəyyən mübahisəli məsələlər var. Prinsipial məsələlərdən biri də kommunikasiyaların açılmasıdır. Bu ziddiyətli məsələlər sülh sazişinin imzalanmasını çətinləşdirir. İndiki halda baxdıqda bu məsələnin yaxın dövrdə həlli də çətin görünür. Bunlardan biri dediyim kimi, kommunikasiyaların hansı prinsiplərlə açılmasıdır. Azərbaycan haqlı olaraq bu prinsipin Zənghəzur dəhlizi vasitəsilə açılmasını istəyir. Hansı ki, Ermənistan 10 noyabr sazişinə uyğun olaraq öz üzərinə öhdəlik olaraq götürüb. Lakin Ermənistan tərəfi Rusiyanın burada iştirakını qəbul etmir. Beləliklə Rusiyanın prosesdə iştirakını qəbul etmədiyi üçün, Ermənistanı dəstəkləmək prosesində aktiv iştirak edən tərəf Qərbdir.  Bu halda kommunikasiyanın açılması məsələsi 10 noyabr bəyannaməsinə uyğun olaraq baş tutması çətinləşir. Ona görə də Azərbaycan tərəfi belə bir halda məsələnin ikitərəfli həll edilməsini buyurur. Naxçıvana maneəsiz keçidin verilməsi üçün Azərbaycandan Azərbaycana prinsipi tətbiq edilsin. Bu prinsip qəbul ediləcəyi təqdirdə, Azərbaycandan Naxçıvana gedən yük, və sərnişin daşımaları sərhəd-gömrük yoxlanışına məruz qalmır. 

Digər 3 – cü bir ölkə bu marşrutdan istifadə edərsə Ermənistan tərəfindən gömrük yoxlanışı tətbiq edilə bilər, lakin Azərbaaycan tərəfindən tətbiq edilmir. Bu isə ən ədalətli seçimdir. Bu məsələ eyni zamanda tam olmasa da, Qərbdə də bir sıra ölkələr tərəfindən dəstəklənir. Lakin Ermənistan tərəfi indiki halda tam olaraq Naxçıvana maneəsiz çıxışın verilməsinə qarşı çıxır. Buna görə də tərəflər arasında bu fikir ayrılığı sülh sazişinin imzalanmasını çətinləşdirdiyi üçün, mənim fikrimcə hazırda məqsəd, bu mübahisəli məsələ sonraya saxlanılması və sülh sazişinə dair ən azından niyyət protokolu, çərçivə sazişinin imzalanmasıdır. 

Belə olacağı təqdirdə Azərbaycan və Ermənistan arasında həmin sənədlərdən hansısa biri imzalanarsa, bu 3 – cü tərəfləri prosesdən kənarlaşdıracaq. Bu da həmin bu razılaşmanın strateji tərəfidir. Çünki bütün 3 – cü tərəflər – Qərb, Rusiya regionda kommunikasiyanın açılmasında birbaşa iştirakında maraqlıdırlar. Misal üçün ABŞ – ın özünün marağı odur ki, kommunikasiyanın açılması birbaşa onun planı üzrə baş tutsun və beləliklə Orta Dəhliz üzərində nəzarət etmək imkanları güclənsin. Eyni zaman da Rusiyada eyni məqsəd üzərindən özünün iştirakında maraqlıdır. Məhz ona görə Azərbaycan – Ermənistan sülh sazişi üzərindən prosesə müdaxilə etsinlər. Amma bu məsələnin sonraya saxlanılması, imkan verir ki, çərçivə sazişi imzalasın. Bununla da Azərbaycanla Ermənistanın bütün məsələləri ikili formatda həll etmək imkanları çoxaları. Ondan sonraki halda 3-cü tərəflərin iştirakı kəsildikdən sonra, iki tərəf kommunikasiyaların açılması məsələsində qarşılıqlı şəkildə anlaşa bilərlər. Burada isə Ermənistan Azərbaycanın tələbinə uyğun razılaşmaq məcburiyyətindədir. Çünki Ermənistan dalan ölkə olmaq istəmir. Avropaya açılmaq üçün Türkiyə ilə münasibətlər zəruridir, Türkiyə də bunun rəsmi Bakı ilə münasibətlərin bərpa olacağı təqdirdə baş verəcəyini bildirib. Zəngəzur dəhlizi 10 noyabr üçtərəfli sazişə əsasən həll edilməsə də, gündəmdən çıxarılmayıb, əksinə Azərbaycanın maraqları istiqamətində davam etdirirlir". 

Əkbər Novruz

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Merih Demiral "Fənərbağça"ya gəlmək istəmədi
15:05 17.06.2025
DİM jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət edib
14:34 17.06.2025
"Aİ İsrailə silah tədarükünə embarqo tətbiq etməlidir"
14:32 17.06.2025
Hamısı