ABŞ Dövlət Departamentinin nümayəndəsi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri haqqında mənalı bir şey deyə bilmədi.
Ednews xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı xüsusi məsləhətçi Bononun regiona həftəlik səfəri və Ermənistan-Azərbaycan münasibətlərində hansısa irəliləyişə ümidlər barədə sualını cavablayıb:
"Mən müddət təyin etmək fikrində deyiləm. Təbii ki, bu, həm katibin, həm də koordinator Bononun fəal məşğul olduğu bir şeydir, lakin konkret yeniliklər və ya müddətlər yoxdur. Bu, bizim üzərində işləməyə davam edəcəyimiz bir məsələdir."
Patel Ermənistan və Türkiyə diplomatlarının qarşıdan gələn görüşü ilə bağlı da mənalı bir şey deyə bilmədi:
"Mənim ilkin məlumatım yoxdur. Bir daha deyirəm, bu, dövlət katibinin diqqət mərkəzində olan məsələdir və biz bu məsələyə fəal şəkildə diqqət yetirməyə davam edəcəyik."
Fərid