Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İtaliya Baş naziri Corciya Meloni arasında telefon danışığı baş tutub.
Ednews xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ərdoğan telefon danışığında bu ölkəni də Fələstin dövlətini tanımağa çağırıb.
Qeyd edək ki, ən son İspaniya, İrlandiya və Norveç Fələstinin müstəqilliyini tanıdıqlarını elan ediblər.