Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR

Siyasət 15:40 13.05.2024

Ermənistanın baş naziri Nikol Paşinyan noyabra qədər sülh sazişinin imzalanması ehtimalına olduqca pozitiv baxır. Bəs beynəlxalq ekspertlər bunun mümkünlüyünü necə dəyərləndirirlər?

Ednews mövzu ilə bağlı sorğu keçirib:

ABŞ - da yaşayan rus əsilli siyasi analitik Endryu Koribko:

406863624_1067823311202013_3454151193019650237_n.png

“Paşinyan Azərbaycanla sülh sazişi bağlamaq və hakimiyyətdə qalmaq üçün erməni cəmiyyəti üzərində millətçi diaspor lobbisinin təsirini, oradakı xarici kəşfiyyat orqanlarının “QHT-lər” vasitəsilə təsirini, kəskin mənfi ictimai rəyi dəf etməlidir. Bu çağırışlar dəf edilməz deyil, lakin onlar həqiqətən də çox təhlükəli görünür və Paşinyanın bunuin uğurla öhdəsindən gələ biləcəyi də bəlli deyil. Bunu işğal olunmuş dörd kəndin Azərbaycana qaytarılması ilə bağlı razılaşmasına etirazları sübut edir. ABŞ və Fransa kimi bəzi kənar aktorlar ərazi mübahisələrini davam etdirməklə regionu parçalamaqda və idarə etməkdə maraqlıdırlar. Məhz onlar Paşinyana təzyiq göstərirlər ki, Azərbaycanla güzəştə getməsin. Bu prosesi də təşviq etmək üçün hərbi və iqtisadi yardım vədləri verirlər. Həmin bu illər ərzində Nikol Paşinyan ölkəsinin suverenliyinin bir hissəsini həmin aktorlara təslim etməklə özünü bir dilemma içində tapdı. Bu da onun Azərbaycanla sülh sazişi imzalanmasına dair proseslərdə onu məhdudlaşdırdı. Hərçənd, nəhayət indi proseslə daha səmimi şəkildə maraqlanır”. 

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov:

WhatsApp-Image-2023-09-19-at-16.14.27.jpg

“Azərbaycan məhz sülh sazişi üçün lazım olan şərtləri artıq elan edib. Bu, konstitusiya, qanunvericiliyin və rəsmi sənədlərin dəyişikliyidir. Hal-hazırda biz görürük ki, Ermənistanda konstitusiya dəyişikliyi haqqında müzakirələr getmir. Onlar ancaq parlamentdə 1992-ci ildə qəbul edilmiş qərarları ləğv edə bilərlər və hal-hazırda olan sənədlərdə Qarabağın adını çıxarda bilərlər. Lakin bilmirəm, bu proses Azərbaycana nə qədər kifayət edəcəkdir. Hərçənd digər mövzularla bağlı irəliləyiş əldə oluna bilər. Sərhədlərin müəyyən edilməsi prosesində artıq irəlləyiş mövcuddur və yaxud nəqliyyat kommunikasiya məsələlərində də eyni zamanda. Hansısa bir irəliləyişə nail olmaq mümkündür. Ona görə birbaşa sülh sazişi ilə bağlı o qədər də nikbin deyiləm”.

Erməni politoloq İşxan Verdiyan:

isxan-verdiyan.jpg

“Hesab edirəm ki, Paşinyan hakimiyyətdə qalarsa, sülh müqaviləsinin imzalanması qaçılmazdır. Artıq bu proses necə deyərlər, bir maşın kimi işə salınıb. Geriyə dönüş isə yoxdur, geriyə yeganə yol həbsxanadır və Paşinyan bunu çox gözəl bilir. Ona görə də sülh müqaviləsinin il sonuna kimi imzalanmasına olduqca pozitiv baxıram!”

Əkbər Novruz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Kevin De Bruyne "Mançester Siti"nin heyətində yeni uğura imza atdı
10:03 03.05.2025
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
09:58 03.05.2025
10 min abituriyent buraxılış imtahanlarından şikayət edib
09:43 03.05.2025
Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib
09:25 03.05.2025
Qarpızın içərisində gizlədilən 63 kiloqramdan artıq narkotik aşkar edilib
08:31 03.05.2025
Şahzadə Harri məhkəməni uduzdu
07:40 03.05.2025
HƏMAS Qəzza zolağı ilə bağlı sövdələşməyə hazırdır
07:35 03.05.2025
Ərdoğan və Netanyahunun Azərbaycana səfəri Ermənistandan necə görünür?
06:48 03.05.2025
Tramp Roma Papası obrazında şəklini paylaşıb
05:29 03.05.2025
"Traktor Sazi" İran çempionu oldu
02:09 03.05.2025
Geoloqlar qlobal vulkan püskürmələri haqqında siqnal aşkarladılar
01:15 03.05.2025
"ABŞ Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir"
00:33 03.05.2025
MKİ çinliləri əməkdaşlığa çağırır
20:18 02.05.2025
TikTok Məlumatları ötürür?
19:20 02.05.2025
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
FHN metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim təşkil edilib
11:01 02.05.2025
Hamısı