"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir

Siyasət 13:00 13.05.2024

"Rusiya hakimiyyəti Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarından - Tavuş, Sünik, Qeqarkunik, Vayots Dzor, Ararat və Yerevanın Zvartnots hava limanından öz bölmələrini çıxartmağa razılıq verib. Ermənistanın Baş naziri Nikol Paşinyan 44 Günlük müharibədə Azərbaycan ordusunun sürətlə irəliləməsindən qorxaraq, Putindən təcili yardım istəyib. Rusiya hərbçiləri özləri Azərbaycan qoşunlarının Ermənistan ərazisində irəliləməsinin qarşısını almalı və onların Zvartnots aeroportunu ələ keçirtmək cəhdinin qarşısını almalı idilər. Buna baxmayaraq, Paşinyanın qorxuları boşa çıxdı və bu baş vermədi".

Bu fikirləri Ednews-a danışan Moldovalı tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenko Ermənistanın regiondakı yeni siyasi kursunu təhlil edib:  

"2020-ci il müharibəsi zamanı Paşinyanın Ermənistana yardım etməməkdə günahlandırdığı KTMT-dən tədricən uzaqlaşması və Ermənistanın Qərblə əlaqələrinin sürətlə möhkəmlənməsi ölkəni prinsipial olaraq yeni şərtlər qarşısında qoyub. Rusiya Federasiyasına soyuq münasibətin təməli buradan qaynaqlanırdı.

Bundan sonra Ermənistan ərazisindəki rus qoşunları artıq Azərbaycan ordusunun hücumuna qarşı müdafiə yox, bu hücuma qarşı ciddi təhlükə idi, çünki lazım gələrsə bu qoşunlar Paşinyana qarşı silahlı çevrilişdə iştirak edə bilərdilər. Paşinyan öz hakimiyyətini qorumaq üçün rus qoşunlarının ərazidən çıxmalı olduğunu düşündü. Bununla bağlı çoxsaylı bəyanatları uzun müddət Rusiya rəhbərliyi tərəfindən qulaqardına vuruldu. Lakin sonda Moskva başa düşdü ki, “rusofob” Paşinyanın xahişini yerinə yetirməli olacaq, ona görə ki, başqa seçim yox idi – istənilən halda Ermənistan Qərbə üz tutacaq". 

Rusiya qoşunlarının Türkiyə və İran sərhədindən çıxarılması gözlənilə bilər?

"Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya qoşunlarının bir hissəsi hələlik Türkiyə və İran sərhədində qalacaqlar. İrəvan rəhbərliyi beləcə bir daşla iki quş vurub: bir tərəfdən, Ermənistanla Türkiyə arasındakı sərhədləri təminat altına alıb, digər tərəfdən isə, Rusiyanın İranla müttəfiqlik münasibətlərini nəzərə alaraq mümkün İran təhlükəsini zərəsizləşdirib. Ona görə də burada hələ də rus qoşunlarına ehtiyac var. Lakin onların Ermənistandakı müddəti artıq başa çatmaq üzrədir. Əgər Azərbaycanla sülh müqaviləsi bağlanarsa, heç Türkiyə və İranla sərhəddə olan qoşunlara da ehtiyac qalmayacaq". 

İrəvandakı son müxalifət qiyamını nəzərə alsaq, Ermənistan böyük dəyişikliklər astanasında ola bilər?

"Rusiya hazırda bu regionda öz təsirini qorumağa çalışır. Moskva bunu Ermənistan parlamentində təmsil olunan rusiyayönlü qruplar və xüsusən də Ermənistanın keçmiş prezidenti Robert Köçəryan vasitəsilə edir. Rusiyayönlü müxalifət Ermənistanda vəziyyəti “qarışdırmaq” üçün çoxlu cəhdlər etməkdədir. 

Müxalifətin nöqteyi-nəzərindən, Azərbaycan “təhlükəli” ölkədir. Buna görə də, Azərbaycanla sülh müqaviləsi məsələsi küçə çaxnaşmaları yaradıb. Ermənistanda Paşinyanın əleyhdarları: Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan o qədər həyasızlaşıb ki, Paşinyana istefa üçün bir saat vaxt verib. Hədə-qorxulara məhəl qoymayan Paşinyan hökuməti üsyanların sakitcə aradan qaldırılması üçün gözlədi. 

İndi Paşinyanın əldə etmək istədiyi mümkün qədər tez sülh müqaviləsi bağlamaq və Türkiyə ilə münasibətləri bərpa etməkdir. Bu Ermənistan üçün katalizator rolunu oynayacaq".

Fərid

1705661700_1.jpg

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
"Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub " -Müsahibə
16:01 17.06.2025
Ümumdünya Şəhərsalma Forumu ölkəyə nə verəcək?
15:40 17.06.2025
Hamısı