Sahib Məmmədov: “Ermənistan Azərbaycan xalqına qarşı irqçi siyasət həyata keçirir”

Siyasət 14:12 17.04.2024

Xəbər verdiyimiz kimi, Beynəlxalq Ədalət Məhkəməsi Haaqada Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmələr keçirilir. İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) (Ermənistan Azərbaycana qarşı) müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr dünən baş tutub. Dünən isə Ermənistan Azərbaycanın iddialarına qarşı məhkəmədə cavab verməli olub. Baş tutan dinləmələrdə Ermənistan tərəfi Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar səsləndirib. 

Gündəm mövzusu ilə bağlı Ednews-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquq müdafiəçisi  Sahib Məmmədov açıqlamasında bildirdi ki, Ermənistan dünyanın ən irqçi, monetnik dövlətidir. 

Onun sözlərinə görə, Ermənistanın 50 il bundan əvvəl və indiki əhalisinin tərkibinə baxsaq əhalinin etnik tərkibinin tamamilə dəyişdiyini görəcəyik. Vaxtilə etnik ermənilərin sayca ən az olduğu ölkədə, indi əhalinin 99%-i ermənilərdir. Dünyanın ən monoetnik dövləti olan Ermənistan buna zorakı və yumuşaq etnik təmizləmə siyasəti hesabına nail olub:

Ona görə də əslində Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi və Azərbaycanı irqi-ayrı seçkilikiyin bütün formalarının ləğvi haqqında BMT konvesiyasının pozması iddiasının özü absurddur. Çünki 1988-ci ildən başlayaraq məhz onların irqçi yanaşmasının nəticəsi olaraq Ermənistanda yaşayan əhalimiz tamamilə ordan köçürülüb. Ərazilərimizin 20 faizini işğal edib, 700 mindən çox azərbaycanlını milli mənsubiyyətinə görə deportasiya edib, əlinə keçənlərin hamısını məhv edib, girov götürüb, bütün mədəni irsimizi həm Ermənistanda, həm də işğal altında saxladığı ərazilərdə məhv edib. Tariximizi silib, KİV-də irqçi, azərbaycan xalıqını aşağılayan təhqiramiz yazılar, çıxışlar yayımlayıb və yayımlamaqda da davam edir”.

S.Məmmədov qeyd etdi ki, bütün bunların fonunda indi Ermənistan da, Azərbaycan da irqi-ayrı seçkiliyin ləğvi haqqında beynəlxalq konvensiya iştirakçısıdır: 

Ermənistan iddanı 19 sentyabr antiterror tədbirindən daha əvvəl verib-2021-ci ildə.

“Ermənistan Azərbaycana qarşı iddia verib və iddia edir ki, Azərbaycan öz ərazilərində etnik təmizləmə aparıb. Hansı etnik təmizləmədən söhbət gedə bilər? Əgər sonuncu 19 sentyabrdan sonra ermənilərin köçüb getmələrindən söhbət gedirsə, Ermənistan iddanı 19 sentyabr antiterror tədbirindən daha əvvəl verib - 2021-ci ildə. Özü də Azərbaycanla heç bir müzakirə aparmadan, heç bir pritenziya irəli sürmədən, danışıqlarda hər hansı bir məsələ qaldırmadan, ümumiyyətlə, danışıqlardan qaçaraq iddia qaldırıb. Əslində bu iddia Beynəlxalq Ədalət Məhkəməsinin statutuna və reqlamentinə uyğun deyil. Konvensiya müddəlarına görə tərəflər, əgər bir dövlət digərinə irqçiliklə bağlı məsələ qaldırırsa, bunu müzakirə etməli, diloq yolu ilə məsələnin həllinə səy göstərməlidir. Bu da edilməyib və eyni zamanda statutun da tələblərinə zidd olaraq iddia verilib. İndi Azərbaycanı etnik təmizləmədə günahlanıdırır, erməni xalqının mədəni irsini dağıtmaqda ittiham edir. Biz isə o ərazilərdə hansı ki tamamilə bizim nəzarətimizə keçib, ermənilərin yaşadığı əraizlərdə orda yalnız bolşevik Şaumyanın heykəlinin götürülməsi erməni mədəni irsidirsə onda daha deməyə söz qalmır. Heç bir halda erməni dininə, mədəniyyətinə aid olan heç bir abidəyə toxunulmayıb və heç kim də ordan məcburi köçürülməyib. Əksinə Azərbaycan maraqlı idi ki, erməni əhalisi yerində qalsın. Bunun üçün qaynar xətt də yaradılmışdı.

Antiterror tədbirini elə həyata keçirdki ki, bir nəfər də olsun orda xəsarət almadı. Ermənilərə Azərbaycan konstitutyasında nəzərdə tutulan bütün hüquqlarına təminat verildi. Bundan sonra ermənilər köçüb getidlər. Getməyin də səbəbi o idi ki, orda yaşayanların yarıdan çoxu sonradan köçürülümüşdü. Onların bu ərazilərə aiddiyatı yox idi. Əlbəttə, onlar vətəndaşlıq ala bilməyəcəkdilər. Beynəlxalq humanitar hüququn prinsipinə zidd olaraq Azərbaycana köçürülmüşdülər. Orda 12 mindən çox qoşun birləşməsi var idi ki, elə hərəsinin 3 nəfərdən ailə üzvlərini götürsək 40 mindən yuxarı da bunlar edirdi. Onlar da köçüb getməli idilər. Yerdə qaldı 5-10 min əhali, onların da bir qismi Azərbaycan xalqına qarşı törədilən müharibə cinayətlərində iştirak etmişdilər. Məslən, Vaqif Xaçaturyan kimi. İndi Ermənistan bütün bunlardan Azərbaycana qarşı təzyiq və informasiya müharibəsi, beynəlxalq hüquq müharibəsində istifadə edir. Ədalətli, ciddi araşdırma aparılsa görüləcək ki, bu tam  əksinədir. Ermənistan Azərbaycan xalqına qarşı irqçi siyasət həyata keçirir və konvensiyanın müddəlarını pozur və pozmaqda da davam edir”.

Oğuz  

Tarix yalnız yaşanmır – həm də seçilir Gülşən Behbud yazır...

Xəbər xətti

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
"Təzyiq altında sülhə razı olmayacağıq"
19:20 18.06.2025
"Ərazi müdafiəsi" anlayışına yenidən baxılacaq
19:03 18.06.2025
"Hər iki komanda bizə uyğun olmayan rəqiblərdir"
17:54 18.06.2025
"2024-cü ildə dünyada 82 jurnalist öldürülüb"
17:49 18.06.2025
Rəqəmsal aslılıq və onun mənfi təsirləri: Nə etmək lazımdır?
17:22 18.06.2025
2025-ci il Bakıda bu ərazilərdəki qəzalı binalar söküləcək
16:39 18.06.2025
Ceyhun Bayramovla Lavrov İran-İsrail müharibəsini müzakirə etdilər
16:32 18.06.2025
"İsrail səhvinə görə cəzalanacaq"
16:27 18.06.2025
Ümumdünya Şəhərsalma Forumu Təşkilat Komitəsinin ilk iclası olub
16:24 18.06.2025
Kazinolar yalnız bu zonalarda fəaliyyət göstərəcək – Səbəb açıqlandı
14:54 18.06.2025
İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...
14:44 18.06.2025
İranda sentrifuqa avadanlığının istehsal edildiyi bina vurulub
14:34 18.06.2025
Kazino açmaq üçün dövlət rüsumu müəyyənləşdi
14:27 18.06.2025
UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bəlli oldu
14:24 18.06.2025
Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir
14:17 18.06.2025
: “Azərbaycan-Bolqarıstan əlaqələri strateji mahiyyət daşıyır”
14:03 18.06.2025
"Bu regiona daha çox qan, daha çox yanğın lazım deyil”
13:40 18.06.2025
Fintech və Bankçılığın Transformasiyası: Pul Artıq Rəqəmdir
13:03 18.06.2025
Bakıda Almaniya viza mərkəzi açılıb
12:53 18.06.2025
Psixoloji Sağlamlıq və Toksik Pozitivlik: Həmişə Xoşbəxt Olmaq Zərər Verə bilərmi?
09:16 18.06.2025
Tramp NATO-nun Haaqa sammitinə gəlməyə bilər
23:05 17.06.2025
"Əhmədinejat sağdır"
22:00 17.06.2025
İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
21:14 17.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
21:10 17.06.2025
Biopsiyanı əvəz edəcək yeni üsul tapıldı
20:19 17.06.2025
Britaniya Yaxın Şərqəki aviasiya donanmasını genişləndirir
19:35 17.06.2025
“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” işıq üzü gördü
18:22 17.06.2025
" İsrail tərəfindən sülh yolu ilə nizamlanma istəyi görmürük""
18:17 17.06.2025
Alimlər süni intellektin insan kimi düşünə bildiyinə dair sübut tapdı
17:44 17.06.2025
Bu günədək 47 min taksi sürücüsü təlimlərə cəlb olunub
17:31 17.06.2025
" ABŞ dünya ictimaiyyətinin hörmətini itirsə, başa düşəcək ki,.."
17:29 17.06.2025
Riyaziyyat müəllimindən 271 min manatlıq dələduzluq
17:13 17.06.2025
Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
17:06 17.06.2025
Gözəllik salonlarında infeksiya riskləri ilə bağlı onlayn sorğu keçirilir
16:54 17.06.2025
“Real tarix və “böyük Ermənistan” uydurması” 11 dildə təqdim olundu
16:33 17.06.2025
Sülhə Qarşı Səfərbərlik: Ermənistanın Radikal Keçmişə Qayıdışı
16:32 17.06.2025
"OpenAI" ABŞ Pentaqonla müqavilə imzalayıb
16:26 17.06.2025
Hamısı